AVRO-2020-nin ev sahibi növbəti dəfə dəyişə bilər - Gözlənilməz SƏBƏB
Danimarka Futbol İttifaqının (DBU) prezidenti Yesper Möller Kopenhagenin 2021-ci ildə keçiriləcək AVRO-2021-in oyunlarına təşkilatçılıq edə biləcəyinə əmin deyil.
Publika.az-ın məlumatına görə, Möller belə bir ehtimalın yarıbayarı olduğunu bildirib. O deyib:
"Məni hələ də narahat edir ki, görəsən, Kopenhagendə oyunlar keçirə biləcəyikmi? Fikrimcə, ehtimal 50/50-dir. Bütün tərəflər pozitivə kökləniblər və irəli getmək istəyirlər. Lakin bəzi problemlər var ki, onları həll etmək lazımdır. Məhz bundan sonra oyunların Kopenhagendə keçirilə biləcəyinə dair əminliyimiz yaranacaq".
Koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilmiş yarış, UEFA-nın qərarına əsasən, AVRO-2020 adını olduğu kimi saxlayacaq. Kopenhagen 12 təşkilatçı şəhərdən biridir. Danimarka paytaxtında B qrupunun 3, 1/8 final mərhələsinin isə 1 oyunu keçirilməlidir. Təşkilatçı şəhərlər aprelin 30-dək UEFA-ya təminat məktubu göndərməlidirlər. Digər tərəfdən, gələn il iyulun əvvəllərində Danimarkada "Tur de Frans" velosiped yürüşünün 3 mərhələsi olacaq.
Qeyd edək ki, artıq AFFA AVRO-2020-nin 4 oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər də Avropa futbol qurumuna göndəriləcək. AVRO-2020-nin Bakıda təşkil olunacaq A qrupunun oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq. Eyni zamanda 1/4 final mərhələsinin 1 qarşılaşması Azərbaycan paytaxtında keçiriləcək.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır