"Avro-2020"nin "könüllü kuboku" turnirinin qalibi müəyyənləşdi
AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan könüllü təşkilatları arasında keçirilən futbol üzrə "Avro-2020"nin könüllü kuboku" turnirinin final oyunu keçirilib.
Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun "Sportster Arena" meydançasında təşkil olunan final oyununda Təhsil Nazirliyinin "Bir Könüllü" Tələbə Proqramı təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin "Turizm Könüllüləri" təşkilatı qarşılaşıb.
Həlledici oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən "Bir Könüllü" Tələbə Proqramı təşkilatının komandası "Könüllü kuboku"nun qalibi olub.
Mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, təhsil nazirinin müavini, Tələbə Futbolu Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, "Avro-2020"nin səfiri Vəli Qasımov, "Avro-2020"nin Bakı Könüllülərinin səfiri Taleh Yüzbəyov iştirak ediblər.
Qalib komandaya kuboku Firudun Qurbanov təqdim edib.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı çərçivəsində keçirilən və aprelin 20-dən start götürən turnirdə ümumilikdə 16 komanda mübarizə aparıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb