Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?Azərbaycanda dövlətin müstəsna iştirak etdiyi bəzi bazarların və xüsusi tənzimlənən infrastruktur sahələrinin mərhələli şəkildə rəqabətli bazar modelinə keçirilməsi imkanları araşdırılacaq. Milli Fəaliyyət Planına əsasən, 2028-2029-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbir çərçivəsində ilk növbədə rəqabətə açılması mümkün olan məhsul və xidmət bazarları müəyyənləşdiriləcək.
Bu proses dövlət inhisarlarının tam və ya qismən özəlləşdirilməsini, özəl sektorun bazara çıxış imkanlarının genişləndirilməsini və idarəetmədə yeni modellərin tətbiqini gündəmə gətirir. Xüsusilə poçt, internet infrastrukturu, yol tikintisi, enerji istehsalı və digər xidmət sahələrində rəqabətin yaradılması imkanları müzakirə olunur. Maraqlıdır, Azərbaycanda hansı dövlət inhisarlarında rəqabətli bazar modelinə keçid daha real görünür?
azxeber.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
"Rəqabət dövlət vəsaitlərinə qənaət edə bilər"
Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət inhisarlarının rəqabətli sistemə keçirilməsi və özəl sektorun bu prosesə cəlb olunması uzun müddətdir müzakirə edilən məsələlərdəndir: "Azərbaycan iqtisadiyyatının şəffaflaşması və kölgə iqtisadiyyatının minimuma endirilməsi fonunda bu istiqamətdə addımların atılması daha da zəruri görünür.
Bu proses, eyni zamanda, dövlət vəsaitlərinə qənaət edilməsi, eləcə də müvafiq sahələrdə istehsal və xidmətlərin daha aşağı maya dəyəri ilə və rəqabətli şəkildə təmin olunması baxımından əhəmiyyətlidir.
İqtisadi nəzəriyyə, qlobal təcrübə və müxtəlif ölkələrin nümunələri göstərir ki, məhsul və xidmətlərin özəl sektor tərəfindən istehsal olunması bir çox hallarda daha aşağı maya dəyərinə və daha yüksək səmərəliliyə səbəb olur. Buna görə də inkişaf etmiş ölkələrdə özəl sektorun bu istiqamətdə təşviq edildiyini görürük. Azərbaycanda da Milli Fəaliyyət Planına uyğun olaraq bu sahədə addımların atılması istisna deyil.
Xüsusilə nəzərə almaq lazımdır ki, son dövrlərdə struktur islahatları genişlənir, müxtəlif qurumların birləşdirilməsi və idarəetmə strukturunun yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu dəyişikliklər dövlət vəsaitlərindən daha səmərəli istifadə olunmasına imkan yarada bilər".
"Sahələr müəyyən meyarlar əsasında seçilməlidir"
V.Bayramov bildirir ki, konkret olaraq hansı sahələrdə rəqabətli bazar modelinin tətbiq ediləcəyinə müvafiq qiymətləndirmələrdən sonra qərar verilə bilər:
"Bu istiqamətdə araşdırmaların və təhlillərin aparılması nəzərdə tutulur. Burada əsas meyarlardan biri müvafiq sektorun dövlət tərəfindən nə dərəcədə subsidiyalaşdırılması, həmin istiqamətə nə qədər vəsait ayrılması, eləcə də istehsal olunan məhsul və xidmətlərin maya dəyərinin özəl sektorun göstəriciləri ilə müqayisəsidir. Bu meyarlar nəzərə alınmaqla, rəqabətə açılması mümkün olan sahələri və ya şirkətləri müəyyənləşdirmək olar. Söhbət, əsasən, dövlətin təbii inhisarçı olduğu sahələrdən gedir. Lakin beynəlxalq təcrübə göstərir ki, müxtəlif sektorlar üzrə fərqli yanaşmalar tətbiq olunur.
Bəzi hallarda dövlət səhmlərin bir hissəsini özəl sektora satır, əsas səhm paketini isə özündə saxlayır. Digər hallarda idarəetmə özəl sektora həvalə olunur. Elə sahələr də var ki, özəl sektorun həmin istiqamətə marağını artırmaq və onun qərarvermə imkanlarını genişləndirmək üçün səhmlərin daha böyük hissəsi satılır. Buna görə də yanaşma konkret sektordan və onun strateji əhəmiyyətindən asılı olaraq dəyişir".
"Poçt, internet və yol tikintisi rəqabətə açıla bilər" 
İqtisadçı-ekspert Emin Qəribli hesab edir ki, bu məsələ diqqətlə təhlil olunmalıdır:
"Elektrik enerjisi, su və qaz təchizatı kimi sahələr müxtəlif ölkələrdə həm dövlət, həm də özəl sektor tərəfindən idarə olunur. Eyni yanaşmanı "Azərbaycan Dəmir Yolları" və digər oxşar xidmət sahələrinə də tətbiq etmək mümkündür. Bununla belə, etiraf etmək lazımdır ki, bu cür infrastruktur sahələri böyük həcmdə kapital tələb edir. Mövcud reallıqları nəzərə alaraq düşünürəm ki, həmin sahələr hələlik özəl sektor üçün kifayət qədər cəlbedici və yüksəkgəlirli olmaya bilər".
E.Qəriblinin sözlərinə görə, bəzi istiqamətlər fərqli yanaşma tələb edir:
"Yol tikintisi, infrastruktur quruculuğu, poçt xidmətləri və internet xidmətlərinin göstərilməsi kimi sahələrin tədricən özəl sektora verilməsi daha məqsədəuyğun ola bilər. Hesab edirəm ki, bu fəaliyyət növləri dövlət inhisarından çıxarılaraq tamamilə özəl idarəetməyə keçirilə bilər. Lakin bu proses kəskin şəkildə deyil, ciddi hazırlıq işləri aparıldıqdan sonra mərhələli şəkildə həyata keçirilməlidir.
Nümunə kimi yaşıl enerjinin istehsalını göstərmək olar. Müşahidə edirik ki, alternativ enerji istehsalında artıq Çin və ərəb şirkətləri kimi xarici investorlar fəal iştirak edirlər. Lakin istehsal olunan enerjinin daxili bazarda bölüşdürülməsi hələ də "Azərişıq" kimi dövlət qurumlarının səlahiyyətində qalır. İnanıram ki, gələcəkdə ölkə iqtisadiyyatı inkişaf etdikcə, bu xidmət sahələrində də özəl sektorun iştirakı genişlənəcək".
"Strateji sahələrdə dövlət nəzarəti qorunmalıdır"
Ekspertin fikrincə, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun iqtisadiyyatda payının artırılması üçün dövlətin bəzi idarəetmə səlahiyyətləri mərhələli şəkildə özəl sektora ötürülməlidir. Bununla yanaşı, bəzi strateji sahələrin tamamilə özəlləşdirilməsi məqsədəuyğun deyil:
"Məsələn, təhsil müəssisələrini götürək. Uzun müddət bu sahənin dövlət inhisarından çıxarılması təklif edilsə də, şəxsən mən təhsilin bütövlükdə özəl sektora verilməsini doğru hesab etmirəm. Düzdür, hazırda özəl sektor inkişaf edərək məktəblər şəbəkəsi formalaşdırıb. Lakin təhsil kimi həssas sahələrdə dövlət nəzarətinin qorunması bu gün də özünü doğruldur".

Sosial       Tarix: 25 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır. İllər əvvəl öz vəsaiti hesabın

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 5 aylıq körpə vəfat edib. Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib. Faktla bağl

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrini

Binəqədidə müşavirə keçirildi - FOTOLAR

22 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni  Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmu

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler cəbhədən ən son xəbərlər oxu.az xeberler ən son xeberler