Avropa Ədalət Məhkəməsi bu ölkəni CƏRİMƏLƏDİ: gündəlik bir milyon avro
Avropa İttifaqının ali məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsi Polşanı gündəlik bir milyon avro ödəmək cəzasına məhkum edib.
Publika.az xəbər verir ki, qərara səbəb Polşanın ədliyyə islahatına dair həmin məhkəmə tərəfindən verilmiş qərarların icrasından imtina etməsidir. Polşa hökuməti Avropa Ədalət Məhkəməsinin qərarını bu ölkəyə qarşı təzyiq kimi dəyərləndirərək rədd edib.
Məhkəmənin qərarının əsasını bu il iyulun 14-də qəbul edilmiş və Polşadan Avropa hüququna hörmət, eləcə də milli hüququ Avropa hüququnun fövqündə tutmamağı tələb edən Sərəncam təşkil edir. Polşa öz ədliyyə sistemindəki islahatlardan geri çəkilməyəcəyini elan etdikdən sonra Avropa Komissiyası sentyabr ayında Avropa Ədalət Məhkəməsinə müraciət edib və Polşanın maliyyə sanksiyası vasitəsilə 14 iyul Sərəncamına riayət etməsi üçün qərar verilməsini istəyib. Sanksiya Polşanın Avropa Ədalət Məhkəməsinin qərarlarına hörmətlə yanaşanadək qüvvədə qalmalıdır.
Rəsmi Varşava məhkəmənin qərarına hələlik heç bir açıqlama verməsə də, ədliyyə nazirinin müavini Sebastian Kaleta Avropa Ədalət Məhkəməsini öz səlahiyyətlərini aşmaqda, Polşa konstitusiyasına və həmçinin Konstitusiya Məhkəməsinin hökmlərinə məhəl qoymamaqda günahlandırıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm