Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı

Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıMüqavilə şərçivəsində Bank Respublika-ya ölkədə sahibkarların dəstəklənməsi məqsədilə 10 milyon avro həcmində kredit ayrılacaq.
Avropa İnvestisiya Bankının (AİB) Avropa İttifaqı hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməsi üzrə qolu olan EIB Global Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOS) dəstəklənməsi üçün Bank Respublika ilə 10 milyon avro həcmində kredit sazişi imzalayıb. Bu saziş investisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə kiçik biznes subyektlərinə kreditləri rəqabətli şərtlərlə və yerli valyutada ödəmək seçimi verməklə maliyyə əlçatanlığını gücləndirəcək
Bu kredit, AİB-nin Cənubi Qafqazda KOS-larla iş Təşəbbüsü çərçivəsində KOS-ların maliyyə mənbələrinə çıxışını yaxşılaşdırılması məqsədilə təqdim olunur. Təşəbbüs bank sektorunda rəqabəti stimullaşdıracaq və kiçik biznes üçün əlçatan olan maliyyə mənbələrinin keyfiyyət və kəmiyyətcə sayını artıracaq. Həmçinin, Cənubi Qafqaz regionunda 26,500-ə yaxın iş yerinin yaradılmasıyla, özəl sektora əsaslanan artıma təkan verəcək və sosial inteqrasiyanı təşviq edəcək. 
Bu saziş Azərbaycanda 25 000 kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə qabaqcıl təşəbbüsə uyğun olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) məqsədlərinə töhfə verir.
Bankın Azərbaycandakı fəaliyyətinə cavabdeh olan AİB-nin vitse-prezidenti Teresa Çervinska qeyd edib: "AİB Azərbaycanda kiçik biznesi dəstəkləməkdən məmnundur. Bank Respublika ilə əməkdaşlıq çərçivəsində ayrılan bu kredit, KOS-ların  maliyyə mənbələrinə çıxışını gücləndirəcək və onların ölkə iqtisadiyyatına verəcəyi töhfəni artıracaq. Kredit həmçinin, Aİ-nin ölkədəki İqtisadi və İnvestisiya Planına uyğun olaraq şaxələndirilmiş, davamlı və innovativ iqtisadiyyata töhfə verəcək". 
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Yan Kopman qeyd edib:  "Azərbaycanda İqtisadi və İnvestisiya Planının icrası kontekstində Aİ mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu günə qədər Aİ BMİ-lərlə əməkdaşlıq edərək ölkə daxilində vətəndaşların həyatına müsbət və nəzərəçarpacaq təsir göstərən əhəmiyyətli investisiyaları təmin etmişdir. Bu gün bağlanan saziş, istənilən iqtisadiyyatın əsasını təşkil edən sahibkarlıq subyektlərini dəstəkləməklə EİP-in həyata keçirilməsini daha da irəli apara biləcəyimizi daha bir xoş addımdır".
"Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: "Biz dünyanın ən böyük maliyyə təşkilatı olan Avropa İnvestisiya Bankının Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkənin bank sisteminin sabitliyinə, həm də Bank Respublika-nın etibarlılığına inamının növbəti mühüm göstəricisidir. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir"
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Sabit" proqnozlu "B2" reytinqinə (Moodys) malikdir.
EIB və EIB Global haqqında 
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının üzv dövlətlərinə məxsus uzunmüddətli maliyyə institutudur. O, Aİ siyasət məqsədlərinə nail olmaq üçün sağlam investisiyalar üçün uzunmüddətli maliyyə təmin edir, dörd prioritet sahədə layihələri dəstəkləyir: infrastruktur, innovasiya, iqlim və ətraf mühit və KOS-lar.
EIB Global, Avropa İttifaqının üç əsas prioritetinə: Avropa Yaşıl Sövdələşmə, Qlobal Gateway və iş yerləri, davamlı və inklüziv artıma töhfə verən beynəlxalq tərəfdaşlıq və inkişaf maliyyəsinin təsirini artırmağa həsr olunmuş EIB Qrupunun ixtisaslaşmış qoludur. Avropa Komandası çərçivəsində EIB Qlobal digər çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıqda digər inkişaf maliyyə institutları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü, diqqət mərkəzində olan tərəfdaşlıqları təşviq edir. EIB Global dünya üzrə ofisləri vasitəsilə EIB Qrupunu yerli insanlara, şirkətlərə və qurumlara yaxınlaşdırır. 
Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıAvropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıAvropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıAvropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıAvropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıAvropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı/ azxeber.com

İqtisadiyyat       Tarix: 06 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe son xeberler 2026 son.xabar bugunun xeberleri