Avropa İttifaqı ermənilərin 'kökünü kəsir?' - Qərbdən Rusiyaya qarşı daha bir cəbhə

Avropa İttifaqı ermənilərin 'kökünü kəsir?' - Qərbdən Rusiyaya qarşı daha bir cəbhəAvropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib. Bundan əvvəl isə Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardımı təsdiqləyib. Bu məsələləri qərb qonşumuz yüksək əhvali-ruhiyyə ilə təqdir edib.
Bəs Avropa ilə Ermənistan arasında 10 milyon avroluq hərbi yardımdan sonra viza liberallaşması üzrə dialoqun başlaması nədən xəbər verir? Avropa bununla həm də ucuz işçi qüvvəsi cəlb etmək niyyətindədir, yoxsa məsələnin pərdəarxasında başqa məqamlar da dayanır?
Oxu.Az-ın suallarını cavablandıran siyasi ekspert Zaur İbrahimli bildirib ki, Avropa İttifaqı, digər sahələrdə olduğu kimi, miqrasiya sayəsində də Rusiya ilə rəqabətə girməyə çalışır:
- Güman etmək olar ki, Rusiyada yaşayan, ancaq Ermənistan pasportu daşıyan ermənilər də bu imkanlardan istifadə edəcəklər. Aİ bu addımla, yəni daha cəzbedici təkliflər irəli sürməklə Rusiyanı üstələməyə çalışır və artıq bu istiqamətdə də biz qarşıdurmanın şahidi oluruq.
Tez-tez Moskva tərəfindən arqumentlər səslənir ki, Rusiyada yaşayan ermənilər Ermənistandakılardan çoxdur və Ermənistan əhalisinin böyük hissəsi Rusiyaya miqrasiya hesabına yaşayır. Aİ bu addımla həm də bu cür arqument və təhdidlərin təsirini zəiflətməyi hədəfləyib. Göstərməyə çalışır ki, Ermənistan cəmiyyəti Avropa İttifaqına yaxınlaşdıqca ermənilərin Avropada yaşamaq və işləmək imkanları daha da genişlənəcək. Biz, beləliklə, geosiyasi rəqabətin növbəti kontekstdə özünü büruzə verdiyini görürük.
Ancaq bu danışıqlar yaxın müddətdə vizasız rejimin tətbiq olunacağı anlamına gəlmir. Sadəcə olaraq, viza alınması prosedurları asanlaşdırılacaq. Xüsusən də təhsil, tibbi ehtiyacların qarşılanması, biznes kimi məsələlərdə vizaların alınması daha əlçatan olacaq. Yəqin ki, viza rüsumlarının azaldılması da nəzərdə tutulacaq. Çünki Avropa İttifaqı bununla Ermənistan cəmiyyətinə nüfuz etməyə çalışır və mesaj verir ki, təşkilat Ermənistanda sosial rifahın yaxşılaşdırılması, iqtisadi inkişafın təmin olunması üçün əlindən gələni edəcək. Bu isə ilk növbədə Aİ-nin Ermənistanda mövqelərini möhkəmləndirməsi baxımından uğurlu addım sayıla bilər.
- Bu, həm də miqrasiyaya qeyri-müsəlmanları cəlb etmək niyyətinin tərkib hissəsi ola bilərmi?
- Avropa İttifaqı, ümumiyyətlə, mühacir axınında maraqlıdır. Lakin daha çox məhz postsovet məkanı ölkələrindən və xüsusən də ixtisaslı işçi qüvvəsinin cəlb edilməsinə üstünlük verir. Bu baxımdan, Ermənistan bu ölkələrdən biri kimi nəzərdən keçirilə bilər. Həmçinin, Ermənistanla razılaşmalar elə formada əldə edilə bilər ki, bu, daha çox idarəolunan miqrasiya olsun və daha çox Aİ-nin tələbatını ödəsin. Lakin bunu elə təqdim edəcəklər ki, guya burada məhz Ermənistanın maraqları əsas götürülür.
- Ciddi demoqrafik böhranda olan Ermənistan üçün bu, daha dərin problemə yol aça bilərmi?
- Ermənistan hökumətində dəfələrlə fikirlər səslənib ki, əhalinin artımını təmin etmək üçün stimullaşdırıcı dövlət proqramına ehtiyac var. Hətta pandemiyadan əvvəl Ermənistan demoqrafları həyəcan təbili çalır və qeyd edirdilər ki, həm miqrasiya, həm də əhalinin artımındakı göstəricilərin azalması ölkədə demoqrafik böhran yaradıb. Proqnozlaşdırmaq olar ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda ölkəni tərk edənlərin sayı daha da artıb. Həmçinin, müharibənin verdiyi itkiləri də nəzərə alsaq, vəziyyətin daha da kəskinləşdiyini qeyd edə bilərik. Avropaya miqrasiyanın asanlaşması isə bu problemləri daha da dərinləşdirəcək.
- Avropa İttifaqı ilə viza rejiminin ləğv edilməsi nəticəsində Gürcüstanı indiyədək yüzminlərlə insan tərk edib. Eyni vəziyyət Baltikyanı ölkələrdə də müşahidə edilir. Ermənistanı da eyni aqibət gözləyir?
- Bəli, məlumdur ki, məhz bu layihəyə görə Gürcüstanda, Baltikyanı ölkələrdə işçi qüvvəsinin, xüsusilə də mütəxəssislərin çatışmazlığı müşahidə olunur. Ermənistan da bu perspektivlə üzləşə bilər. Lakin Ermənistana münasibətdə bu, daha çox idarəolunan miqrasiya olacaq. Güman ki, elə şərtlər tətbiq ediləcək ki, əmək miqrasiyası ilə bağlı məsələlər nisbətən arxa planda qalsın. Ermənistan tərəfdən çalışacaqlar ki, ilk növbədə təhsil, səhiyyə və biznes sahəsində vizaların sadələşdirilməsinə nail olsunlar. Amma istənilən halda, demoqrafik çətinliklərlə üzləşən Ermənistan üçün bu, yeni problemlər yaradacaq. Çünki erməni cəmiyyəti, onsuz da, miqrasiyaya meyillidir və əlavə imkanlar yaranan kimi bundan istifadə etmək istəyənlərin sayı çox olacaq. / azxeber.com

Siyasi       Tarix: 25 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeberler metbuat xeberler az son xeberler bu gun