Putin: "Onunla görüşməyəcəm, terrorçudur" - Ərdoğanın və Zelinskinin müraciətinə

Putin: Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi videokonfransda Ukrayna ilə danışıqlar və son terror aktları ilə bağlı sərt və emosional açıqlama verib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Kremlin rəsmi saytında və rəsmi "Telegram" kanallarında yayımlanan məlumata görə, Putin Bryansk və Kursk vilayətlərində baş verən partlayışları "terror aktı" kimi qiymətləndirib və Zelenski ilə mümkün görüş məsələsini kəskin şəkildə rədd edib.
"Onlar terrorçudurlar. Biz terrorçularla niyə görüşməliyik, niyə onlara fürsət verməliyik?!" – deyə Rusiya Prezidenti bəyan edib.
Putin vurğulayıb ki, son günlər Bryansk və Kurskda baş verən hadisələr, o cümlədən qaz infrastrukturuna edilən hücumlar, siyasi səviyyədə planlaşdırılmış və Kiyev rejimi tərəfindən həyata keçirilmiş terror əməliyyatlarıdır.
"Biz bu hərəkətlərin məqsədini görürük – nəfəs almaq, fasilə əldə etmək, yenidən silahlanmaq və sonra yenidən hücuma keçmək. Bu, terrorçuların taktikasıdır," – deyə Putin əlavə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər həm Putinə, həm də Ukrayna Prezidenti Volodimir Zelenskiyə 20–30 iyun tarixlərində İstanbulda dörd liderin (Tramp, Zelenski, Putin, Ərdoğan) iştirakı ilə görüş təklif edib.
Zelenski bu gün keçirdiyi mətbuat konfransında Putinə birbaşa müraciət edərək görüşə hazır olduğunu bəyan etmişdi. Lakin Putinin cavabı qəti oldu:
"Onunla görüşmək niyyətində deyiləm. Onlar mülki əhalini hədəf alan terror hərəkətləri törədirlər. Müharibədə, təəssüf ki, dinç insanlar da həlak olur, lakin Kursk və Bryanskda baş verənlər birbaşa və məqsədli şəkildə mülki vətəndaşlara yönəlmiş addımlardır. Bu – saf terror aktıdır," – deyə Rusiya Prezidenti bildirib.
Putin əlavə edib ki, İstanbulda keçiriləcək mümkün danışıqlarda Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik etməsi kifayət qədər yüksək səviyyədir və Kiyevin bu tərkibə qarşı iddiaları yersizdir.
Musavat.com qeyd edir ki, bu açıqlama Ukrayna ilə sülh danışıqları perspektivini bir daha sual altına alır. Vladimir Putinin "terrorçularla danışıqlar mümkün deyil" bəyanatı İstanbul formatının (liderlər səviyyəsində) həyata keçirilməsinə böyük əngəl kimi görünür.
Ukrayna tərəfi rəsmi bəyanat verərək, Bryansk və Kursk hadisələrində iştirakının olmadığını iddia edib.

Siyasi       Tarix: 05 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Senator: "ABŞ sanksiyaları qlobal dedollarizasiyanı sürətləndirib"

ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib. KONKRET.azxəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidko

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər.az sonxabar son xəbər son.xeber