Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiyəni Aralıq dənizinin şərqində Yunanıstanla ziddiyyətlərlə bağlı birtərəfli addımlardan çəkinməyə çağırıb.
Publika.az xəbər verir ki, Aİ-nin 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Berlindəki qeyri-rəsmi görüşü zamanı səsləndirilən bu bəyanatda Aİ rəsmisi həmçinin Türkiyə tərəfini təşkilatla müzakirə etməyə də dəvət edib.
C.Borrell görüşdə Türkiyəyə qarşı sanksiyalara dair razılığa gəldiklərini açıqlayıb. Belə ki, ilkin olaraq bu ölkəyə aid gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək nəzərdə tutulur.
Həmçinin Aİ-nin sədrliyini həyata keçirən Almaniya kansleri Angela Merkel də mətbuat konfransı zamanı Aralıq dənizinin şərqindəki böhran məsələsinə toxunaraq üzv ölkələrini Yunanıstanı dəstəkləməyə çağırıb.
Xatırladaq ki, ötən ay Türkiyə hökuməti Aralıq dənizinin şərq hissəsində, Kipr adası həndəvərində neft və təbii qaz kəşfiyyatı üçün "Oruc reis" seysmik tədqiqatlar gəmisi üçün "Navtex" (dənizçilərə elan) elanı verərək Yunanıstan və Fransanın sərt reaksiyası ilə üzləşmişdi. Kipr adası yaxınlığındakı kəşfiyyat işlərilə bağlı Türkiyə ilə Yunanıstan arasında bir müddətdir gərginlik yaranıb.
A.Merkelin diplomatik addımları nəticəsində Türkiyə tərəfi adıçəkilən gəmini müvəqqəti olaraq geri qaytarsa da, Yunanıstan Misirlə dəniz sazişi imzaladıqdan sonra Ankara Afinanı sözünü tutmamaqda ittiham edərək bu ay Kipr həndəvərindəki kəşfiyyat işlərinə yenidən davam edib.
Turlar.az [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA