Avropa İttifaqından Moldovaya dəstək bəyanatı
"Moldovanın Dnestryanı bölgəsində baş verən son hadisələr ölkənin sabitliyinə xələl gətirir".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell yazılı açıqlamasında bildirib.
Borrell son hadisələrin Moldovanın təhlükəsizliyinə və sabitliyinə zərər vurduğunu da qeyd edib:
"Avropa İttifaqı məsul tərəfləri vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çağırır. Biz Moldova rəsmilərinin ölkədə sakitliyin qorunmasına kömək edən təmkinli cavablarını alqışlayırıq".
Həmçinin Borrell Aİ-nin Moldova ilə həmrəyliyini, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə ölkənin suverenliyinə və müstəqilliyinə sarsılmaz dəstəyini vurğulayıb.
Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra bölgənin dondurulmuş münaqişələrindən biri olan Dnestryanı Rusiya-Ukrayna müharibəsi zamanı yenidən gündəmə gəlib.
Rusiyayönlü separatçıların nəzarətində olan Dnestryanıda rus dilində yayımladığı iddia edilən radio mərkəzinə hücum edilib və antenalar yararsız hala düşüb. Dnestryanı bölgənin qondarma paytaxtı Tiraspolda yerləşən "Dövlət Təhlükəsizliyi Nazirliyi"nin binası da raket atəşinə tutulub.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi