Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

Deputat: "27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Anım Günü həm də Azərbaycan dövlətinin öz qəhrəman övladlarının fədakarlığına verdiyi yüksək dəyərin, onların ailələrinə və sağlamlığını itirmiş qazilərə göstərilən qayğının mühüm ifadəsidir. Şəhidlərin, qazilərin və müharibə iştirakçılarının xidmətlərinə ehtiram müasir Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biridir." 
Bunu Milli Məclisin deputatı  Göydəniz Qəhrəmanov azxeber.com-a açıqlamasında deyib. 
Parlamentari bildirib ki, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın arxasında güclü dövlətin dayanmasının nə qədər vacib olduğunu bir daha göstərdi: 
"Azərbaycan bu prinsipə sadiq qalaraq müharibə başa çatdıqdan sonra şəhid ailələrinin sosial müdafiəsi, qazilərin müalicəsi və reabilitasiyası, onların normal həyata qayıtmaları istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət öz əsgərinin, şəhid ailələrinin və qazilərinin yanında olmağa davam edəcək.Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi bu siyasətin ən mühüm istiqamətlərindən biridir. 2020-ci il dekabrın 2-də imzalanan Sərəncamla hər il sentyabrın 27-sinin Anım Günü kimi qeyd olunması xalqın qəhrəman övladlarına ümummilli ehtiramının dövlət səviyyəsində təsdiqidir. Bu tarix yalnız təqvimdə qeyd olunan gün deyil. O, Vətən uğrunda həyatını fəda edən insanların xalqın yaddaşında əbədi yaşadığını, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu ifadə edir.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaddaşlarda yaşadılması üçün həyata keçirilən layihələr də xüsusi məna daşıyır. Bakıda yaradılan Zəfər parkı və Vətən Müharibəsi Memorial Kompleksi ideyası məhz xalqımızın Qələbə tarixinin, şəhidlərimizin əziz xatirəsinin və Azərbaycan əsgərinin qəhrəmanlığının gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edir. Bu məkanlar yalnız memarlıq nümunəsi deyil, həm də müasir Azərbaycan tarixinin canlı yaddaş məkanlarıdır.Zəfər parkının 44 günlük Vətən müharibəsinin rəmzlərini özündə əks etdirən konsepsiyası da təsadüfi deyil. Parkın girişində ucaldılan Zəfər tağı, memorial elementlər, Qarabağ yaddaşını yaşadan məkanlar və Azadlıq Bayrağı Meydanı Azərbaycanın Qələbəyə gedən yolunu simvolizə edir. Buraya gələn hər bir insan azad edilmiş torpaqlar uğrunda aparılan mübarizənin hansı böyük fədakarlıq hesabına mümkün olduğunu daha dərindən dərk edir".
Deputat qeyd edib ki,  qəhrəmanlığın dövlət tərəfindən qiymətləndirilməsi Vətən müharibəsi iştirakçılarına verilən yüksək təltiflərdə də özünü göstərir:
"Qəhrəmanlığın dövlət tərəfindən qiymətləndirilməsi Vətən müharibəsi iştirakçılarına verilən yüksək təltiflərdə də özünü göstərir. Bu məqsədlə "Zəfər" və "Qarabağ" ordenlərinin, eləcə də Vətən müharibəsinin müxtəlif əməliyyatları və iştirakçıları ilə bağlı medalların təsis olunması Azərbaycan əsgər və zabitlərinin şücaətinə verilən yüksək qiymətin ifadəsidir. Bu təltiflər təkcə fərdi qəhrəmanlıqların qiymətləndirilməsi deyil, həm də xalqın öz müdafiəçilərinə olan ehtiramının rəmzidir.Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müharibə zamanı və sonrakı dövrdə sağlamlığını itirmiş hərbçilərin müalicəsi, reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi, sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan şəxslərə göstərilən dəstək bir daha təsdiqləyir ki, Vətən uğrunda fədakarlıq göstərən insanlar dövlətin diqqətindən kənarda qala bilməz.
Bu sahədə "YAŞAT" Fondunun fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Şəhid ailələrinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərə dəstək məqsədilə yaradılan fond dövlət və cəmiyyət həmrəyliyinin nümunəsinə çevrilib. Onun fəaliyyəti göstərir ki, Vətən müharibəsində yaranan milli birlik müharibənin başa çatmasından sonra da davam edib və sosial həmrəylik formasında özünü göstərməkdədir". 
"Anım Günü bizi şəhidlərimizin qəhramanlığını daima uca tutmaq və nəyin bahasına torpaqlarımızı azad etməsini göstərir. Bu yalnız onların adını ehtiramla çəkməkdən ibarət deyil. Onların uğrunda can verdiyi müstəqil, güclü və inkişaf edən Azərbaycanı daha da qüdrətləndirmək hər birimizin məsuliyyətidir. Şəhidlərin xatirəsini yaşatmaq həm də onların amalına sadiq qalmaq, dövlətçiliyimizi qorumaq və gələcək nəsillərdə Vətən sevgisini gücləndirmək deməkdir. Bu gün Azərbaycan xalqı öz qəhrəmanları ilə fəxr edir. Şəhidlərimiz xalqımızın mənəvi ucalığını, qazilərimiz isə yenilməz iradəsini təcəssüm etdirirlər. Onların fədakarlığı nəticəsində əldə olunan Qələbə müasir Azərbaycan tarixinin ən böyük nailiyyətlərindən birinə çevrilib. 27 Sentyabrda bütün Azərbaycan bir daha şəhidlərinin müqəddəs ruhu qarşısında baş əyir. Bu ehtiram yalnız bir günün hissi deyil, əbədi yaddaşın ifadəsidir. Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarını unutmayacaq, onların xatirəsini yaşadacaq, qazilərinə qayğı göstərəcək və şəhidlərin bizə əmanət etdiyi azad Vətəni daha da gücləndirəcək", - deyə Göydəniz Qəhrəmanov açıqlamasında bildirib.
Şahanə Ziyad

Siyasi       Tarix: 27 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər bu gune olan xeberler xabar az son xeberler bugun 2026 azerbaycan