Avropa Komissiyası: "Türkiyə 2024-cü ildə Aİ-yə üzv olmayacaq"
Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq.
KONKRET.azxəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib.
O qeyd edib ki, Aİ-yə üzvlük prosesi saatlarla deyil, illərlə davam edir.
Stano bildirib ki, Avropa İttifaqı Türkiyəyə vizasız rejim təqdim etməyə hələ hazır deyil:
"Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar üzv dövlətlər tərəfindən ölkə bütün zəruri meyarlara cavab verdikdən sonra qəbul edilir".
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin NATO-ya daxil olması məsələsində razılığa gəlməyə hazırdır, lakin bunun müqabilində ölkəsinin Avropa İttifaqına üzvlük prosesini intensivləşdirmək istəyir. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveçin Alyansa daxil olmasına razılıq verdiyini açıqlayıb. İsveç də öz növbəsində Türkiyənin Avropa İttifaqına üzvlüyünə yardım edəcəyinə söz verib.
Xatırladaq ki, Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və 1999-cu ildə namizəd statusu alıb. Üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı