Avropa Liqası: "Lester" səfərdə "Spartak"ı məğlub etdi
Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində III turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, Rusiyanın "Spartak Moskva" klubu C qrupunda İngiltərənin "Lester" komandasını qəbul edib. Moskvadakı "Spartak" stadionunda oynanılan qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 11-ci dəqiqəsində Aleksandr Sobolyov fərqlənib. Matçın 44-cü dəqiqəsində Cordan Larsson fərqi iki topa çatdırıb. Lakin "Lester" oyunda geridönüş etməyi bacarıb. Zambiyalı hücumçu Patson Daka 45-ci, 48-ci 54-cü və 79-cu dəqiqələrdə rəqib qapısına yol tapmaqla poker edib. Qarşılaşmanın 86-cı dəqiqəsində Sobolyov dubl müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Bu qalibiyyətdən sonra xallarını 4-ə çatdıran "Lester" 2-ci pilləyə yüksəlib. "Spartak" isə 3 xalla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" komandası başçılıq edir. Bir xalı olan İtaliya "Napoli"si isə sonuncudur. "Legiya" oktyabrın 21-də səfərdə "Napoli" komandası ilə görüşəcək.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var