Avropa Liqasının son iki yarımmfinalçısı məlum oldu

Avropa Liqasının son iki yarımmfinalçısı məlum olduUEFA Avropa Liqasının dörddəbir final mərhələsinin növbəti oyunu keçirilib.
Publika.az xəbər verir ki, Ukraynanın "Şaxtyor Donetsk" komandası İsveçrənin "Bazel"i ilə üz-üzə gəlib.
Gelzenkirxendəki "Veltins Arena"da baş tutan görüş Donetsk təmsilçisinin 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Oyunda hesab erkən (2-ci dəqiqə) açılıb. Marlosun künc ötürməsindən sonra topa hamıdan tez yetişən Junior Morayes qapıya dəqiq baş zərbəsi endirib. Qoldan 20 dəqiqə sonra hücumlarını davam edən "Şaxtyor Donetsk" rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Tayson cinah ötürməsini qola çevirib. Bu qolda da Marlos məhsuldar ötürmə ilə yadda qalıb.
Fasilədən sonra ukraynalılar hesab arasındakı fərqi üç topa çatdırıb. Hakimin təyin etdiyi penaltini 74-cü dəqiqədə Alan Patrik dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə 88-ci dəqiqə Dodo qoyub. Bu qələbə sayəsində "Şaxtyor Donetsk" UEFA Avropa Liqasının yarımmfinalına vəsiqə qazanıb.
Günün digər görüşündə "Volverhemton" (İngiltərə) "Sevilya" (İspaniya) ilə qarşılaşıb.
Gərgin keçən görüşün taleyini bir qol həll edib. Matçın əsas vaxtının bitməsinə bir dəqiqə qalmış "Sevilya" qələbə topunu vuraraq yarımmfinala vəsiqə qazanıb. Vacib qolu ispanların heyətində Lukas Okampos vurub.

İdman       Tarix: 12 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag