Avropa payıza qədər sərhədlərini bağlayır
Şengen ölkələrinin sərhədi ən azı payıza qədər bağlana bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqı liderləri ilə keçirilən fərdi videokonfransda bildirilib.
Dövlət başçısının sözlərinə görə, pessimist əhval-ruhiyyənin davam edəcəyi gözlənilir, odur ki, Avropanın uzun müddət təcrid olunmasına hazırlaşmaq lazımdır. Makron bildirib ki, Avropa və dünyanın müxtəlif bölgələrində epidemiyanın gedişatındakı fərq səbəbindən bu cür tədbirlərin görülməsi zəruri ola bilər.
Fransa Prezidenti aprelin 13-də həmvətənlərinə müraciət etməyi planlaşdırır. Çox güman ki, Aİ ölkələri arasında da sərhədlərin bağlı qalacağı vaxt tezliklə elan ediləcək.
Aİ-nin dövlət və hökumət başçıları tərəfindən Avropaya girişi bağlamaq qərarı martın ortalarında koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi fonunda qəbul edilib. Qadağanın bir ay davam edəcəyi göstərilmişdi.
Qeyd edək ki, aprelin 11-i səhər saatlarında dünyada COVID-19 xəstələrinin sayı 1,7 milyon insana yaxınlaşdı. ABŞ xəstə sayına görə lider olaraq qalır, lakin yoluxmuş və ölənlərin sayına görə Avropa dünyanın bütün digər bölgələrini ciddi şəkildə qabaqlayır.
Aytən Məftun

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi