Avropa üçün Bakının strateji əhəmiyyəti artır - ŞƏRH

Avropa üçün Bakının strateji əhəmiyyəti artır - ŞƏRHÖtən həftə Azərbaycan üçün çox mühüm qlobal hadisələr baş verdi. Həm Avropa İttifaqının birdən-birə Azərbaycana investisiya proqramı çərçivəsində yardım paketini 140 milyondan 2 milyard avroya qaldırması, həm də Avropa və ABŞ rəsmilərinin Avropanı əlavə qazla təmin etmək üçün rəsmi Bakı ilə görüşləri artırması və əməkdaşlığı dərinləşdirməsi, eyni zamanda gözlənilmədiyi halda Fransa prezidenti Makronun təşəbbüsü ilə Avropa Şurasının sədri Mişel, Əliyev və Paşinyanın onlayn formatda da olsa, genişləndirilmiş görüşünün baş tutması bu sıradandır. Bu arada digər mühüm olay Amerikada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrail səfirləri arasında keçirilən görüşdür.
Görüşün detalları bizə məlum olmasa da, bu formatda görüşün siyasi əhəmiyyəti yüksəkdir və bu, bir daha göstərir ki, Qərb 30 ildən sonra bir vaxtlar Şərqi Avropada olduğu kimi, indi də postsovet məkanından Rusiyaya "çıx" deyir. Daha doğrusu, çıxarmağa çalışır. Çünki Rusiya 30 il öncə Yeltsinin Qərblə bağladığı sazişə əməl etmədi. Putin Rusiyasının burnunu sazişdən kənara çıxaraq, kurasiyasında olmayan yerlərə soxması Qərbi düşündürməyə bilməzdi.
Bu düşüncələr Qərbi postsovet məkanına doğru hərəkətə gətirdi. Son hadisələri məhz bu kontekstdən dəyərləndirmək lazımdır. Rusiyanın Ukraynada Avropanı qaz ixracını dayandıracağı ilə şantaj etməsi Qərbin üzünü Azərbaycan və Orta Asiyaya doğru çevirdi. Çünki Avropa Rusiyanın qaz asılılığından qurtulmalıdır. Azərbaycan TAP və TANAP layihələri ilə Avropaya qaz ixrac edir. Ancaq bu layihələrlə satılan qazın həcmi azdır və böyük bir hissəsi Türkiyənin payına düşür. Yəni Azərbaycan təkbaşına Avropanın qaz ehtiyacini ödəyə bilməz. Bu baxımdan da regiondakı başqa qaz ixrac edən ölkələrlə birgə layihələri nəzərdən keçirməlidir. Nəzərə alaq ki, Qazaxıstan və Özbəkistan böyük qaz ehtiyatlarına malik iki ölkədir. Amma bu ölkələrin birbaşa Azərbaycanın iştirak etdiyi TAP və TANAP layihələrinə çıxışı yoxdur.
Bu baxımdan hər üç ölkənin Avropaya qaz ixracatı üçün yeni layihələrdə iştirakı vacibdir. Məhz İsrailin də eyni problemi yaşaması, yəni Avropa ilə birbaşa quru yolunun olmaması regionda bu ölkəni önəmli enerji oyunçusuna çevirə bilmir. Türkiyənin isə rolu burada tranzit ölkə kimi çox böyükdür. Türkiyə bu ölkələrin təbii qazını rahatlıqla Avropya daşıya bilər. Bu o deməkdir ki, Transxəzər Qaz Kəməri reallığa çevrilmək üzrədir. Ukrayna hadisələri də bu layihənin gerçəkləşməsini sürətləndirir. Amerika var gücü ilə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı üçün bölgəmizdə yeni siyasi reallıqlar cərəyan eləməyə başlayır.
Xülasə, ABŞ Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün alternativ ölkələrdən olan Azərbaycanla danışıqlar aparır. Kreml Avropa ölkələrinin Rusiya qazından imtina edə bilməyəcəyini düşünür. Çünki Avropa ölkələrinin Rusiya qazına yeganə alternativi Amerikadır, lakin ABŞ-ın Avropa ilə birbaşa quru bağlantısı olmadığından bu təlabatın tam ödənilməsi mümkün deyil.
Yəni bütün hallarda Azərbaycan bu prosesdən Türkiyə ilə birgə uduşlu çıxa bilər.
Anar Əsədli,
Azərbaycan Yüksəliş Partiyasının başqanı /konkret.az

Siyasi       Tarix: 07 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xeber az xeberler bugun 2026 apa.az xeberler