Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.
KONKRET.az xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron" penitensiar müəssisəsinin ən qaranlıq və ən kiçik kamerasında saxlanıldığını yazıb.
Nəşrin məlumatına görə, saxlanma şəraiti qanunvericilikdə nəzərdə tutulan minimum tələblərə belə cavab vermir. Köçəryanın tək saxlanıldığı kameranın ölçüsü təxminən 5×3 metrdir. Buna baxmayaraq, onsuz da kiçik olan sahəni daha da məhdudlaşdıran ikimərtəbəli çarpayı yerləşdirilib.
Kamerada nə stul, nə də masa var. Bu səbəbdən sabiq prezidentin hətta oturmaq və elementar iş fəaliyyəti ilə məşğul olmaq imkanının olmadığı bildirilir.
"Past" yazır ki, ombudsman Köçəryana baş çəkərkən bu vəziyyəti qeydə alıb və məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Lakin bir aya yaxın vaxt keçməsinə baxmayaraq, problemlərin həll olunmadığı iddia edilir.
Köçəryanla görüşlər də ciddi şəkildə məhdudlaşdırılıb. Vəkillərdən başqa onunla yalnız ailə üzvləri görüşə bilər. Belə görüşlərə isə ayda cəmi iki dəfə icazə verildiyi bildirilir.Musavat.com
Xidmetler [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı