Avropa Ukraynanın kənd təsərrüfatı mallarına yeni tarif tətbiq edəcək - Kiyev təşvişə düşdü
Avropa İttifaqı liderləri Ukraynanın kənd təsərrüfatı mallarının idxalına tariflər üzrə ilkin razılığa gəliblər. Avropa bu addımla kənd təsərrüfatı bazarlarının sabitliyini qorumağa çalışır.
KONKRET.az xəbər verir ki, bu məlumatı "Reuters" agentliyi Avropa diplomatiyasındakı mənbəsinə istinadən yayıb.
Nəşr qeyd edib ki, Aİ qanunvericiləri bazar ertəsi razılığa gəliblər və bu razılaşma Belçika tərəfindən təsdiqlənib. Bununla belə, tarif tədbirlərinin yekun şəkildə tətbiqi üçün Aİ-nin qalan üzv ölkələrindən və Avropa Parlamentindən razılıq almaq lazımdır.
Qeyd edək ki, martın 13-də Avropa Parlamenti Avropa Komissiyasının Ukraynadan Aİ-yə kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı rejiminin daha bir il müddətinə uzadılması təklifini dəstəkləməyib.
Bu sənəd baxılmaq üçün Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinə göndərilib.
Ukraynanın İqtisadiyyat və Ticarət Nümayəndəsinin müavini Taras Kaçka bildirib ki, Avropa İttifaqı tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına 2021-ci il səviyyəsində məhdudiyyət qoyulması ölkə iqtisadiyyatı üçün fəlakətli olacaq.
Günel Mikayılova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR