Avropada İLK: Şirkətin bazar dəyəri 500 milyard dolları keçdi
Fransanın "Louis Vuitton Moet Hennessy" (LVMH) şirkətlər qrupu bazar dəyəri 500 milyard dollardan çox olan ilk Avropa şirkəti oldu.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, LVMH-nin səhmləri cümə günü Paris birjasında 901,10 avro ilə bağlanarkən, bu gün 903,3 avro ilə şirkət tarixinin ən yüksək səviyyəsinə çatıb.
Bildirilib ki, "Louis Vuitton", "Celine", "Kenzo", "Givenchy", "Christian Dior", "Fend", "Hennessy", "Bulgari" və "Sephor" kimi markaları özündə birləşdirən LVMH-nin birinci rüb satışları 17 faiz artıb ki, bu da analitiklərin gözləntilərindən iki dəfə çoxdur.
Qeyd edək ki, ötən il şirkətin gəlirləri 79,2 milyard avro, mənfəəti isə 21,1 milyard avro olub.
Məlumata görə, indiyədək yalnız Amerika korporasiyaları – "Apple", "Microsoft", "Google", "Amazon", "Berkshire Hathaway", "Tesla", "General Electric", "Johnson & Johnson" və "Meta", eləcə də Çin neft-qaz şirkəti "Petrochina", Səudiyyə Ərəbistanı neft şirkəti "Saudi Aramco" 500 milyard dollarlıq həddi keçib.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu