Avropada Rusiyaya yardıma görə ilk həbs qərarı çıxarıldı
Avropada Rusiyaya sanksiyalı malları çatdırmaq məsuliyyətinə görə ilk həbs baş verib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Hollandiyada Rotterdam Rayon Məhkəməsi Rusiyaya sanksiyalardan yayınmaqda yardım etdiyinə görə bir nəfəri 18 ay həbs cəzasına məhkum edib. Onun şirkəti isə 200 min avro cərimə ödəyəcək.
Məhkəmənin qərarında qeyd olunur ki, şirkətin faktiki rəhbəri olan şəxs yeddi aydan artıq müddət ərzində ikili təyinatlı elektron məhsulların ixracı ilə bağlı Avropa sanksiya qanunvericiliyini pozub.
Qeyd edək ki, Hollandiya prokurorluğu 2022-ci ilin sentyabrında Rusiya və Hollandiya vətəndaşlığı olan 55 yaşlı Dmitri K.-nin Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaqda şübhəli bilinərək saxlanıldığını elan edib. İttiham tərəfi onun Rusiya hərbi sənaye kompleksi üçün məhsullar tədarük edən "Rostex" dövlət korporasiyasına bağlı şirkətə ən azı 2 milyon avro dəyərində ikili təyinatlı mal satdığını bildirir. Prokurorluq həmin şəxsə 3 il həbs və 350 min avro cərimə tələb etmişdi.

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü
ƏƏSMN-in əməkdaşı ürəktutmasından vəfat etdi