Avstraliyada naməlum obyekt tapıldı: Ərazi mühasirəyə alındı
Avstraliyanın qərb sahilində müəmmalı obyekt aşkarlanıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qərbi Avstraliya Polisi məlumat yayıb.
Bildirilib ki, naməlum obyekt insanlar üçün təhlükəli sayılır və ona yaxınlaşmaq qadağandır.
Qeyd olunub ki, istintaqın obyektivliyini qorumaq üçün polis əməkdaşları ərazini mühafizə edir və sübutların təhlükəsizliyini təmin edir.
Məlumata görə, paslanmış və qabıqlarla örtülmüş iki metrlik metal silindr Avstraliya qitəsinin qərb sahilində, Pertdən 240 km şimalda yerləşən Qrin Həd kəndinin sakinləri tərəfindən aşkar edilib. Obyektin fotoşəkilləri sosial şəbəkələrdə dərc edildikdən sonra mənşəyi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəzi istifadəçilər silindrin 2014-cü ilin martında Kuala-Lumpurdan Pekinə MH370 reysi ilə uçan və radardan itən Malayziya Hava Yollarına məxsus "Boeing 777-200" təyyarəsinin bir hissəsi olduğunu iddia edir. Digərləri isə obyektin Hindistan peykinin buraxılış qurğusu olduğunu bildirir. Avstraliya polisi hələlik heç bir versiyanı təsdiq etməyib. Əraziyə Müdafiə Nazirliyinin mütəxəssisləri cəlb olunub.
İqbal Rzayev,
KONKRET.az

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ