Avtobusda məktəbliyə qarşı əxlaqsızlıq - "Yaxası pis bağlanmışdı

Avtobusda məktəbliyə qarşı əxlaqsızlıq - Abşeron rayonunda İran vətəndaşı, 1968-ci il təvəllüdlü Bahman Gholmreza Yousef (Bəhmən Gülmirzə Yusif) yetkinlik yaşına çatmayan Bahara qarşı (ad şərti verilib – red.) əxlaqsız hərəkətlər edib.
azxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Bəhmən "Köhnə Bazar" adlanan ərazidə sərnişin kimi mindiyi 535 nömrəli xətt avtobusunda olan zaman 2009-cu il təvəllüdlü Baharı görüb.
O, azyaşlı qızı avtobusda ayaq üstə olan vəziyyətdə özünə tərəf sıxaraq qucaqlayıb. Bir neçə duracaqdan sonra Baharın Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binası yaxınlığında avtobusdan düşdüyünü görüb. Əxlaqsız hərəkətlərini davam etdirmək niyyətilə o özü də avtobusdan düşüb. Azyaşlı qızı binanın qarşısına qoyulmuş taxtadan olan oturacaqda əyləşdirib, ona qarşı əxlaqsız hərəkətlər edib.
Bahar dil və ədəbiyyat üzrə hazırlıq məşğələsinə gedib. Bəhmən isə onu təxminən 1 saat 30 dəqiqə gözləyib.
Hazırlıq məşğələsindən çıxan qızı evlərinə kimi aparıb. Evdə qız Bəhmənin hərəkətləri barədə anasına danışıb. Azyaşlının anası hüquq-mühafizə orqanlarına müraciət edib.
"Fars dilində təhsil almışam"
İstintaq orqanı tərəfindən Bəhmənin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhmən elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, fərdi əməklə məşğul olur: "Əslən azərbaycanlıyam, Təbriz şəhərində anadan olmuşam. Doğulduğum şəhərin orta məktəbində 3-cü sinfə kimi fars dilində təhsil almışam. 26 ildir Bakı şəhərində yaşayıram, Azərbaycan dilində tam başa düşürəm. Lakin latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmirəm".
"Qucaqladım ki, yerə yıxılmasın"
Təqsirləndirilən şəxs deyib ki, təxminən 22 ildir evlidir, iki övladı var: "Övladlarımın hər ikisi tələbədir. Təxminən bir ay olar, Xırdalan şəhəri, "Köhnə Bazar" adlanan yerdə Valeh adlı şəxsə məxsus sexdə mebel ustası işləyirəm. Mebel sexində işlər zəif getdiyi üçün dolana bilmirəm. Bu səbəbdən iş yerini dəyişmək istəyirdim.
Təxminən 3-4 il əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında Elmar adlı şəxsin sexində mebel rəngsazı kimi 4-5 ay işlədim. Həmin sexdə işlərin necə getdiyini maraqlanmaq üçün qeyd olunan ünvana getmək məqsədilə 535 nömrəli avtobusa mindim.
Avtobusda sıxlıq olduğuna görə sürücünün yanında ayaq üstə dayanmışdım. Adını sonradan bildiyim Bahar avtobusa minərək sağ tərəfimdə dayandı. Sıxlıq olduğundan həmin qıza yaxın durdum. Avtobus tormoz verdikdə qolundan tutdum, qucaqladım ki, yerə yıxılmasın. Lakin yolboyu onunla söhbət eləmədim".
"İki dəfə öpdüm"
Bəhmənin sözlərinə görə, Bahar Abşeron Rayon İcra Hakimiyyətinin yanında düşüb: "Mənim də getdiyim mebel sexi həmin ərazidə yerləşdiyi üçün avtobusdan düşdüm. Bahara yaxınlaşdım və sol əlindən tutdum ki, yolu keçməyə kömək eləyim. Yolu keçəndən sonra hara getdiyini soruşdum. O, hazırlıq kursuna getdiyini bildirdi. Əlindən tutaraq getdiyi yerə apardım.
Bahar hazırlıq kursuna getdiyi binanın həyətinə çatanda skamyada əyləşdi. Ondan yemək və ya su içmək istəyib-istəmədiyini soruşdum. O, heç nə istəmədiyini bildirdi. Oturaq vəziyyətdə olanda onun arxasına keçərək qucaqladım və başını sığallamağa başladım. Bundan sonra köynəyinin ipinin səhv bağlandığını gördüm. Onu düzəltməyə köməklik elədim. Baş nahiyəsindən iki dəfə öpdüm.
Bahara ailə üzvləri tərəfindən düzgün başa düşülməyəcəyi üçün bu barədə danışmamasını tövsiyə elədim. Təklifimlə razılaşdı və heç kəsə heç nə danışmayacağına söz verdi. O, hazırlığa, mən isə işlədiyim mebel sexinə getdim. Lakin sexin bağlı olduğunu gördüm".
"Anasının baxdığını dedi"
Bəhmən deyib ki, həmin vaxt təsadüfən sexdə birlikdə işlədiyi adını xatırlamadığı şəxsi görüb və onunla söhbət eləməyə başlayıb: "O da işdən çıxdığını bildirdi. Bizim danışığımız təxminən beş dəqiqə davam elədi. Söhbət etdiyim şəxsin anket məlumatlarını və əlaqə nömrəsini bilmirəm. Gedəndən sonra Abşeron Rayon İcra Hakimiyyəti yaxınlığında olan skamyada əyləşdim.
Təxminən 1 saat 20 dəqiqə sonra Baharı duracaqda gördüm, yenidən ona yaxınlaşdım. Əlindən tutdum, birlikdə avtobusa mindik. Bahar əyləşdi. Onun yanında olan sərnişin düşəndən sonra mən də oturdum. Onunla eyni duracaqda düşdüm. Əlindən tutaraq onu evə yola saldım. Yolda Bahar anasının binanın pəncərəsindən baxdığını bildirdi. Bu səbəbdən sağollaşaraq getdim, işlədiyim sexə qayıtdım".
"Əvvəllər tanımamışam"
Cinayət işi üzrə zərərçəkmiş Baharın sözlərinə görə, Xırdalan şəhərində 7-ci sinifdə Azərbaycan bölməsində təhsil alır. Barəsində şikayət etdiyi şəxsin adının Bəhmən olduğunu təhqiqat araşdırması müddətində bilib: "Hadisə baş verən gün onun şəxsiyyəti barədə heç bir məlumatım olmayıb, onu tanımamışam, heç vaxt rastlaşmamışam.
Hər həftənin 1-ci və 5-ci günləri icra hakimiyyətinin inzibati binasının yaxınlığında Azərbaycan dili və ədəbiyyatı fənnindən əlavələrə gedirəm".
"Məni daha bərk qucaqladı"
Bahar qeyd edib ki, hadisə baş verən gün saat 08.15-də hazırlığa getmək üçün anası ilə birlikdə evdən çıxıb: "Mən 535 nömrəli avtobusa mindim, anam isə evə qayıtdı. Hazırlığa gedəndə anam həmişə məni avtobusla yola salır, əlavə hazırlıqlara tək gedirəm.
Avtobusda adam çox olduğu üçün oturmağa yer olmadı. Bu səbəbdən ayaq üstə getməli oldum. Həmin vaxt Bəhməni gördüm. Məni sağ əli ilə qucaqlayaraq özü tərəfə sıxmağa başladı. Bu hadisə avtobusa minən kimi baş verdi. Bəhmən məni getdikcə daha bərk qucaqladı, lakin heç bir söz demədi.
Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında Bəhmən də mənimlə birlikdə düşdü. Onun düşməsini əvvəlcə görməmişdim. Avtobusdan düşüb təxminən 2-3 addım atandan sonra mənə yaxınlaşaraq sol əlimdən tutanda onun da düşdüyünü anladım. Bəhməni tanımadığım üçün çox qorxdum. Bu səbəbdən ondan əlavə heç nə soruşa bilmədim".
"Sinəmi sıxmağa başladı"
Baharın sözlərinə görə, Bəhmən əvvəlcə neçə uşaq olduqlarını, kiminlə yaşadığını ondan soruşub:
"Mən də ona cavab verdim. Hara getdiyimi öyrəndi. Hazırlıq kursuna getdiyimi bildirdim. Həftənin hansı günləri hazırlıq kurslarına getdiyimi maraqlandı. Mən də onun suallarına cavab verdim.
Biz söhbət edə-edə hazırlığa getdiyim binanın həyətinə çatdıq. Getmək istəsəm də, məni qoymadı və skamyada oturmağı təklif elədi. Qorxduğum üçün etiraz etmədim və skamyada oturdum. Bəhmən yemək və su təklif eləsə də, istəmədim. Oturaq vəziyyətdə ola-ola arxa tərəfimə keçdi. Məni qucaqlayaraq üzümdən və boğazımdan öpdü. Sonra isə sinəmi sıxmağa başladı.
Bundan sonra başımı sığallayaraq, köynəyimin yaxasını oynatmağa davam elədi".
"Evimin yerini öyrənmək istədiyini dedi"
Zərərçəkmiş şəxsin ifadəsinə görə, təqsirləndirilən şəxs baş verənlər barədə ailə üzvlərinə danışmamağını ondan xahiş edib: "Mənə pul verməyə və başqa yerə aparmağa da söz verdi. Hazırlıq vaxtlarımı soruşdu. Mən də səhərlər gəldiyimi dedim. Təqsirləndirilən şəxs hər səhər gələrək məni gözləyəcəyini bildirdi.
Təxminən 10 dəqiqə həyətdə dayanandan sonra hazırlığa getdim. Hazırlıq 1 saat 30 dəqiqədən sonra qurtardı.
Hazırlıqdan çıxanda Bəhməni həyətdə görmədim və getdiyini zənn elədim. Avtobusa minmək üçün icra hakimiyyətinin inzibati binası istiqamətinə piyada gedəndə onun yolun digər tərəfində dayandığını gördüm. Bəhmən məni görən kimi yaxınlaşdı. Yenidən sol əlimdən tutaraq suallar verməyə başladı. Mən də onun suallarına cavab verdim. Birlikdə 535 nömrəli avtobusa mindik.
Məndən harada düşəcəyimi soruşdu, özünün köhnə bazarın yanında düşəcəyini dedi. Əvvəlcədən oturacaqda oturdum. Yanımda yer boşanlanda o da yanıma əyləşdi. Avtobusda getdiyi yol boyu əlimdən tutdu. Yaşadığım evin yaxınlığında düşəndə o da mənimlə düşdü.
Ona köhnə bazarın yaxınlığında düşməli olduğunu, hansı səbəbdən mənimlə düşdüyünü soruşdum. O isə məni yola saldığını, yaşadığım evin yerini bilmək istədiyini dedi".
Baharın sözlərinə görə, bu zaman anasının pəncərədən baxdığını görüb və sevinib: "Anamın pəncərədən baxdığını Bəhmənə bildirdim. O da əlimi buraxaraq qaçdı".
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Bahman 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Bəhmənin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Sosial       Tarix: 11 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. xəbər verir ki, məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmi

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Mərdəkanda dənizdə batan 4 gəncin - FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan çimərliyində 4 nəfər dənizdə batıb. xəbər verir ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdl

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz


son xeberler yeni xeberler azerbaycan xeberleri idman xeberleri oxu.az xeberler bu gune olan xeberler maraqlı xəbərlər