Avtomobil bazarında son durum - Qiymətlər yenidən ARTIR
Son 13 ildə Azərbaycana hər il bir milyondan çox avtomobil idxal olunur. Dövlət Statistika Komitəsinin yayımladığı statistikaya əsasən, 2021-ci ildə Azərbaycana gətirilən avtomobillərin sayı 1 566 743, 2022-ci ildə isə 1 349 307-dir. 2023-cü ilin yanvar ayında isə ölkəmizə 102 milyon 620,56 min ABŞ dolları dəyərində 6881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Bu avtomobillərin 933-ü hibrid, yəni daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 119-su yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Statistik məlumatlar göstərir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu say müvafiq olaraq 50,44 % və 21,04% çoxdur.
Hazırda Azərbaycanın avtomobil bazarında vəziyyət necədir? Digər sahələrdə olduğu kimi, burada da bahalaşma müşahidə edilir?
KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli son vaxtlar vətəndaşların daha çox elektromobillərə maraq göstərdiyini deyib.
"Ötən il olduğu kimi, bu il də vətəndaşlar yeni avtomobillərdən krossoverlərə üstünlük verirlər. Sevindirici haldır ki, alıcılar avtomobil alarkən ekologiyaya ziyan vurmayacaq maşınlara daha çox diqqət ayrılır. Lakin bu avtomobilləri ala bilməyən şəxslər benzin və dizellə çalışan maşınları nəzərdən keçirirlər",- deyə o bildirib.
E.Cəfərli vurğulayıb ki, Azərbaycanda ikinci əl dizel ve benzinlə işləyən avtomobillərə maraq artıb:
"Alıcıların üstünlük verdiyi yeni avtomobillərin mühərrikləri 2000-2500 kubsantimetrdir. İkinci əl bazarında ötən il olduğu kimi bu il də vətəndaşlar daha çox 1500-2000 kub santimetr mühərrikli maşınlara üstünlük verirlər. Bunlar əsasən hibrit, benzin və dizel ilə çalışan avtomobillərdir. Həmin maşınlar ABŞ və Avropa ölkələrindən gətirilib. Ancaq bir məsələdə var ki, ölkədə dizel mühərrikli köhnə nəqliyyat vasitələrinin sayında artım müşahidə edirik. Avropa ölkələrinin bəzi şəhərlərində dizel mühərrikli maşınlar qadağan edilib. Almaniyanın ikinci əl avtomobil salonlarında bu cür nəqliyyat vasitələri çoxdur və bunların bir qismi bizim ölkəmizə daşınır. Köhnə mühərrikli olan avtomobillər ekologiyaya daha çox zərər vurur".
Ekspert söyləyib ki, bu ilin yanvar ayından ölkəyə gətirilən avtomobillərin qiymətində 5 faiz artım müşahidə olunur:
"Qiymətlərin yüksəlməsinin Azərbaycanın iqtisadiyyatı və maşın bazarı ilə heç bir əlaqəsi yoxdur. İri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyyat hissələrinin və daşınmanın bahalaşması bunun əsas səbəblərindən biridir. Vətəndaşlarımız daha çox Avropa İttifaqına üzv ölkələrdə və Yaponiyada istehsal olunan avtomobillərə üstünlük verir. Bildiyimiz kimi, ölkəmizə idxal olunan bütün elektromobillər gömrük rüsumundan azad edilib. Buna görə də Azərbaycana belə avtomobillərin gətirilməsi daha sərfəli və asandır. Bu il ölkəmizdə elektrik doldurma məntəqələrinin sayının artırılması gözlənilir. Hazırda Azərbaycanda 40-a yaxın elektrik doldurma məntəqələri mövcuddur. Bunların təxminən on faizi bölgələrdədir".
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu