"AvtoVAZ" bəzi "Lada"larda qiymətləri aşağı salacaq
"2024-cü ildə dövlət dəstəyi tədbirləri sayəsində bəzi Lada modellərinin qiymətində azalma qeyd olunacaq".
KONKRET.az xəbər verir ki, bu barədə AvtoVAZ-ın prezidenti Maksim Sokolov bildirib.
Sokolovun sözlərinə görə, Sənaye və Ticarət Nazirliyinin dəstəyi və Rusiya Federasiyası Prezidentinin tapşırığı ilə "bir sıra ən populyar əsas avtomobillərin 2023-cü il qiymətlərini saxlamaq üçün tədbirlər hazırlanır. Bu isə faktiki olaraq qiymətin azalmasına xidmət edəcək", – Sokolov bildirib.
"Çünki qiymətin saxlanması inflyasiyanın indeksləşdirilməsi deməkdir və burada 2023-cü ilin qiymətləri saxlanılacaq, bu, əslində, 2024-cü ildə olacağımız inflyasiya səviyyəsinə qədər azalma deməkdir", – deyə şirkət rəhbəri izah edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR