AY Partiya "Rəsulzadə və çağdaş Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirdi - FOTO

AY Partiya Azərbaycan Yüksəliş Partiyası cümhuriyyətimizin qurucusu Məhəmmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar "Rəsulzadə və çağdaş Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirib.
KONKRET.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AY Partiya Gənclər Təşkilatının sədri Nurel Kərim Rəsulzadənin həyat yolu haqqında qısa məlumat verib.
Daha sonra çıxış edən sabiq səfir və millət vəkili, tarix elmləri doktoru, professor Nəsib Nəsibli yanvarın Rəsulzadə ayı olduğunu bildirib. O, Rəsulzadənin cümhuriyyətlə bağlı fikirləri əmələ çevirdiyini deyib: "Rəsulzadə millətləşmə dönəmindəki qurucu babalarımızdan ən birincisidir. Məhəmməd Əmin artıq millətin malıdır, millətin dəyəridir. Rəsulzadə deyirdi ki, milli intibahını yüksəlt, dostunu, düşmənini tanı".
Tarixçi, Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin araşdırmaçılarından olan Boran Əzizli Məhəmməd Əminin gəncliyə xüsusi önəm verdiyini vurğulayaraq, bu tipli tədbirlərin vacib olduğunu diqqətə çatdırıb: "Rəsulzadə tariximizdə ilk dəfə milli dövləti quranlardan biridir. Məhəmməd Əmin və silahdaşları heç nə etməsəydilər belə, sadəcə qurduqları cümhuriyyətə görə onları hər zaman minnətdarlıqla yad etməliyik".
AMEA Folklor İnstitutunun bölmə rəhbəri Əli Şamil isə çıxışında gənclərin üsyankar olduğunu bildirib, Rəsulzadəni bu qədər sevən gəncliyin varlığına sevindiyini deyib: "Mən araşdırdıqca Rəsulzadənin siyasətlə yanaşı, ədəbiyyata, aşıq sənətinə xüsusi diqqət yetirdiyini gördüm. O, çox böyük klassik şairlərin əsərlərini tərcümə edib. Çox təəssüf ki, mən Rəsulzadənin imzasını tapa bilmədiyim üçün 10-12 ildir, topladığım materialları çap etdirə bilmirəm. İnanıram ki, bu gənclik onu tapacaq".
Daha sonra Məhəmməd Əminin nəvəsi, görkəmli ziyalı Rais Rəsulzadə çıxış edərək, bu günün əslində bayram olduğunu deyib:
"Rəsulzadə və onun kimi böyük şəxslərin doğum günləri bayram kimi qeyd olunmalıdır. Məhəmməd Əmin gəncliyə çox önəm verirdi. Məhəmməd Əmin bu dövlətin, cümhuriyyətin qurucusudur".
AY Partiya başqanı Anar Əsədli isə Azərbaycanda əksər siyasi partiyaların yaranan zaman Rəsulzadənin fikirlərinə müraciət etdiyini diqqətə çatdırıb:
"Bizim tarixən fikir babalarımız olub. Rəsulzadə bu fikirləri əmələ çevirdi. O, elə bir ideologiya ortaya qoydu ki, 100 il sonra da bu ideologiyaya ehtiyac duyulur. Hazırda ölkənin ən ağrılı yerlərindən biri insanların siyasətə, seçkiyə etinasızlığıdır. 100 il öncə də bu problem vardı. Rəsulzadə insanları seçkiyə, səsverməyə çağıraraq, deyirdi: "Hər kəs dərk ediyorsa ki, bütün cəmaətlə bərabər öz ailəsinin həyatı da bu bələdiyyə seçkilərinə bağlıdır, o halda qeydsizlik, başısoyuqluq etməyib, çalışmalı, getməli, bilməli, özünü siyasıya qeyd etməlidir. Yoxsa adı qələmdən düşər. Adının qələmdən düşməsi ilə həqqi də əlindən alınar. Bir həqq ki, qanlar bahasına alınmış, bir həqq ki qanlı mübarimzə ilə əldə edilmişdir. Millətdaşlar, çalışınız, həqqiniz itməsin!" Bu biganəlik indi də var".
Sonra gənclər – yazıçı-publisist Allahverdi Həsənov, Bakı Dövlət Universitetinin tələbələri Fərid Həbibli, Ayxan Zayıdzadənin çıxışları, qiraətçi Məhəmməd Qulamovun səsləndirdiyi şeirlər dinlənib.
Tədbirin diskussiya hissəsi başa çatdıqdan sonra gənc solist Xasay Şıxıyevin ifasında "Ey vətən", Raul İsmayıllının ifasında "Çırpınırdı Qara dəniz" mahnıları səsləndirilib.
AY Partiya AY Partiya AY Partiya AY Partiya AY Partiya AY Partiya AY Partiya AY Partiya

Siyasi       Tarix: 31 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat maşın realiti şou cəbhədən son xeber sonxeberler