Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMASon günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığı iddia olunur. Bəs bu kampaniyanın arxasında hansı məqsədlər dayanır? Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Türkiyə Azərbaycanın qardaş ölkəsidir və ayrı-ayrı dairələrin fəaliyyəti iki ölkə arasındakı münasibətlərin mahiyyətini dəyişə bilməz.
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMAOnun sözlərinə görə, Türkiyə daxilində Azərbaycan-Türkiyə münasibətlərini korlamağa, tərəflər arasında soyuqluq yaratmağa çalışan müəyyən qüvvələrin olması mümkündür:
"Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycanın qardaş ölkəsidir. Ola bilər ki, qardaş dövlətin daxilində bəzi dairələr Azərbaycan-Türkiyə münasibətlərini korlamaq, hər iki ölkə arasında soyuq münasibətlərə səbəb olmaq üçün belə kampaniyaya başlayıblar. Düşünürəm ki, bunun heç bir nəticəsi olmayacaq".
C.Abbaslı qeyd edib ki, Türkiyənin rəsmi mövqeyi Ankara-Bakı münasibətlərinin strateji xarakterini göstərir. Siyasi şərhçi Azərbaycanın Anım Günü ilə bağlı Türkiyə səfirliyinin açıqlamasına və daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənginə də diqqət çəkib.
"Orada qeyd olunan ifadələr, eləcə də dərin üzüntü ilə ifadə edilən mövqe göstərir ki, Türkiyə Azərbaycanla qardaş olmaq fikrindən heç vaxt vaz keçməyəcək", – deyə o, bildirib.
Siyasi şərhçinin fikrincə, ayrı-ayrı jurnalistlərin və ya dairələrin mövqeyi dövlətin rəsmi mövqeyi kimi qəbul edilməməlidir:
"Azərbaycan da, Türkiyə də daxilində belə kampaniyalar aparan qüvvələrlə qarşılaşa bilər. Fərdi jurnalistlər tərəfindən bu cür mövqelər səsləndirilir. Belə mövqelər dövlətin mövqeyi kimi qəbul oluna bilməz. Amma istənilən halda Türkiyə tərəfindən Azərbaycana qarşı son günlər aparılan kampaniya, Türkiyə mətbuatında yer alan yazılar bizi dərindən üzür. Hesab edirəm ki, Türkiyədə də dövlət səviyyəsində bu məsələyə ciddi münasibət bildirilməli idi. Antiazərbaycan dairələrinin qarşısı alınmalı, bununla bağlı rəsmi şəkildə mövqe ifadə edilməli idi".
C.Abbaslı Azərbaycanın proseslərə səbrli yanaşmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Bakı ilə Ankara arasında mövcud əlaqələrin zədələnməsi hər iki tərəf üçün mənfi nəticələr doğura bilər:
"İstənilən halda Azərbaycan tərəfi də səbrli davranmalıdır. Azərbaycan elə bir ölkədir ki, onunla bütün bağları qırmaq doğru olmaz. Bundan hər iki tərəf zərər görə bilər. Ona görə də prosesləri səbrlə izləmək, yeri gəldikdə isə cavab vermək lazımdır. Azərbaycan müstəqil ölkədir".
Türkiyənin Ermənistanla sərhədləri açması ehtimalına da toxunan siyasi şərhçi bildirib ki, Ankara ilə İrəvan arasında sərhədlərin açılması məsələsi uzun müddətdir müzakirə olunur. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Türkiyənin sərhədləri açması ehtimalı aşağıdır.
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan qardaş ölkə belə bir addımı atmayacaq. Ancaq sülh müqaviləsi əldə olunandan sonra Türkiyənin bu cür addım atması mümkündür", – deyə Cavanşir Abbaslı əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 28 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi xeberler azerbaycan maşın realiti şou sonxəbərlər