AYNA-nın cərimə paradoksu - Günah mobil operatorun üzərinə atılır…
Çox maraqlı və eyni zamanda düşündürücü bir vəziyyətlə qarşılaşdım. 28 may tarixində yaşadığım binanın həyətində avtomobil saxlamaq üçün yer olmadığı səbəbindən məcbur qalaraq yaxınlıqda yerləşən ödənişli parklanma məntəqəsində — AzParking zonasında maşını saxladım. Ödənişi evdə saxladığım mobil telefon nömrəsinin balansında olan kontur çıxılmaqla etdim.
29 mayda isə parklanmanı dayandırmağı unutmuşam. Avtomobili götürüb işimin dalınca getdim.
Daha sonra şəhərdə başqa bir parklanma yerində dayanmaq istədikdə sistem mənə "aktiv parklanma sessiyanız var" bildirişi verdi və ödəniş həyata keçmədi. Nəticədə məcbur qalaraq dostum vasitəsilə ödənişi etdik.
Axşam evə qayıdanda avtomobili yenə əvvəlki yerdə saxladım və evdəki cihaza baxdıqda parklanmanı bağlamağı unutduğumu gördüm. Saat 22:00-dan sonra olduğu üçün düşündüm ki, sistem artıq növbəti günün 07:00-dan sonra yenidən hesablanacaq və əlavə problem olmayacaq.
Lakin səhər 07:01-də iki mesaj aldım:
— Birində 6 manat balansdan çıxıldığı bildirilirdi;
— Digərində isə parklanmanın yeni saata keçdiyi qeyd olunurdu.
Mən də ikinci mesaja əsaslanaraq parklanmanın davam etdiyini düşündüm. Amma bir saat sonra məlum oldu ki, AYNA tərəfindən 20 manat cərimə tətbiq edilib.
Çağrı mərkəzinə müraciət etdikdə mənə bildirildi ki, 24 saatlıq limit bitdiyi üçün parklanmanı yenidən aktivləşdirmək lazım idi. Yəni sistem avtomatik davam etmir.
Burada əsas sual yaranır: əgər istifadəçi "parklanma növbəti saata keçdi" məzmunlu rəsmi bildiriş alırsa, necə olur ki, bu bildiriş onu yanlış yönləndirir, amma məsuliyyət yenə istifadəçinin üzərində qalır?
Rəsmi cavab isə belə oldu: "Qanunu bilməmək sizi məsuliyyətdən azad etmir." Digər tərəfdən isə bildirildi ki, mesaj gecikməsi mobil operatorun səhvidir və məsələni onunla aydınlaşdırmaq lazımdır.
Nəticədə vəziyyət belədir: bir tərəfdən hesabımdan ödəniş çıxılır, digər tərəfdən isə cərimə tətbiq olunur, əsas qurum isə məsuliyyəti öz üzərindən atır.
Sual isə açıq qalır: bu vəziyyətdə istifadəçi hüquqları necə qorunmalıdır və belə ziddiyyətli bildirişlərin cavabdehliyi kimə aiddir?
Fotoları təqdim edirik:

Məhəmmədəıi Qəribli / konkret.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA