Aynişan fevralın 8-də evlənir - Mediaya qadağa qoyuldu
"Toya hazırlıq necə gedir? Aynişanın gəlinlik geyimi ilə bağlı kaprizləri var?".
Open.az Axsam.az-a istinadən xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Hər şey daxil"in efirinə telefon zəngi ilə qoşulan əməkdar artist Aybəniz Haşımovaya müraciət edib.
Xanım sənətkar qızı Aynişanın toy hazırlıqları ilə bağlı danışıb: "Toya hazırlıq yaxşı gedir. Aynişan heç vaxt mənə kapriz etməyibdir. Axırı vaxtlar görür ki, çox həyəcan keçirirəm, mənim həyəcanımı almaq üçün zarafatlar edir ki, mən bir az rahat keçirim bu anları. Çox həyəcanlı bir prosesdir".
Aybəniz Haşımova toyun media üçün qapalı keçiriləcəyini bildirib: "Düzü, bir neçə dostlarımız bununla bağlı bizə istəyini bildirdilər. Amma mən xahiş etdim ki, içəridə çəkiliş etməyin. Mediaya qapalı olacaq. Çünki mən indinin özündə artıq həyəcanlıyam. Allah eləməsin ki, bir balaca diqqətsizlik edərəm insanlara qarşı, bu da məni utandırar sonra. Gələn insanlar bilirəm ki, istəyəcək ki, mən onlara o diqqəti göstərim. Birdən balaca da olsa diqqətsizlik olar. Mən, düzü, arxayınam Manaf qardaşım bilirəm ki, orada mənim yanımda olacaq".
Verilişdə qonaq olan Manaf Ağayev Aybəniz Haşımovanın istəyinə ""Ordayam, ağsaqqal özüməm orada. Toyu da özüm aparacam. Ayrı oxuyan var?" sözləri ilə iki əlli razılıq verib.
Xanım sənətkar verilişdə Aynişanın oğlan toyunun fevral ayının 8-də olacağını açıqlayıb.
Qeyd edək ki, Aynişan nişanlısı Kənan ilə 3 il əvvəl tanış olub. Ötən ildən münasibətə başlayıblar. /open.az

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var
Prezident qızları bir arada - Foto
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Uitkoff Sankt-Peterburqa gəldi