Ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib.
Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqlarını bildirib.
Haliloğlunun sözlərinə görə, uşaqlar hadisənin baş verdiyi gündən əvvəl Sezen Taşın öz istəyi və razılığı ilə onunla birlikdə Trabzona gəliblər:
"İki övladımın anası, 12 ilimi paylaşdığım keçmiş həyat yoldaşım Sezeni itirməyin ifadəolunmaz ağrısını və şokunu yaşayıram. Həqiqəti əks etdirməyən əsassız iddialar və vicdansızcasına aparılan kampaniyalar susmağımı mümkünsüz etdi.
Sezenlə evliliyimiz 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi və hüquqi qaydada sona çatıb. Uşaqlar hadisənin baş verdiyi gündən əvvəl Sezenin öz tələbi, razılığı və istəyi ilə mənimlə birlikdə Trabzona gəliblər. Özümü təmizə çıxarmaq naminə övladlarımın anasının xatirəsini incidəcək bircə kəlmə belə deməyəcəyəm".
///axşam.az/// / azxeber.com

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı