Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyəti müzakirə edilib
Türkiyə ilə iqtisadi əlaqələrin dinamik inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə türk şirkətlərinin fəaliyyəti və ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən azxeber.com-a bildirilib ki, nazir Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla görüşüb. Mikayıl Cabbarov türkiyəli həmkarı Ömər Bolatı Türkiyə Respublikasının ticarət naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında imzalanan Protokol iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradır.
Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir, qeyri-neft ticarət dövriyyəsi artır. Vurğulanıb ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.
Nazir həmçinin, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Türkiyənin ticarət naziri Ömer Bolat səmimi təbrikə görə təşəkkürünü bildirib, ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb.
Tərəflər birgə reallaşdırılan layihələr, işğaldan azad edilmiş ərazilərimizdə türk şirkətlərinin fəaliyyəti və ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparıb.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi