AZAL "Airbus A320" təyyarələri ilə bağlı müqavilə imzalayıb
AZAL "Airbus A320" təyyarələri ilə bağlı müqavilə imzalayıb
Tarixində ilk dəfə olaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL "GetJet Airlines" ilə üç "Airbus A320" təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.
Bu barədə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.
"GetJet Airlines" ilə sazişin imzalanması aviaşirkətin uzunmüddətli inkişaf strategiyası və AZAL-ın müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində növbəti addımdır. Aviaşirkət sərnişinlər üçün etibarlılıq, təhlükəsizlik və rahatlığın təmin olunması üçün marşrutların sayını və tezliyini artırmaqda davam edir.
Marşrut şəbəkəsi və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə etməyi planlaşdırır.
"GetJet Airlines" tərəfindən icarə üçün təqdim olunan lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir. Litvanın "GetJet Airlines" aviaşirkəti IOSA sertifikatına malikdir və ACMI daşımaları və çarter reysləri üzrə ixtisaslaşmışdır. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var