Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır
Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır
Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.
Bu barədə şirkətdən xəbər verilib.
Bildirilib ki, Başqırdıstanın paytaxtından Azərbaycanın paytaxtına ilk uçuş 2024-cü il aprelin 4-də həyata keçiriləcək.
Uçuşlar həftədə bir dəfə - cümə axşamı günlərinə planlaşdırılır.
Təyyarə Bakıdan yerli vaxtla səhər saat 06:20-də yola düşəcək və saat 10:00-da Ufa hava limanına enəcək. Daha sonra saat 11:00-da Başqırdıstandan havaya qalxan təyyarə saat 12:40-da Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq. Şəhərlər arasında səyahət müddəti 2 saat 40 dəqiqədir.
O da qeyd olunub ki, Ufa-Bakı reyslərinə biletləri aviaşirkətin rəsmi saytından və agentlərdən əldə etmək olar. Birtərəfli uçuşda ən büdcəli tarif qiyməti təxminən 13 000 rubl (təxminən 240 manat) təşkil edir (baqajla uçuşun qiymətidir).
Məlumatda vurğulanıb ki, Rusiya vətəndaşları Azərbaycana səfər etmək üçün ölkədə 90 gündən artıq qalmaq niyyətində deyillərsə, vizaya ehtiyac yoxdur.
Xatırladaq ki, hazırda "Azerbaijan Airlines" və "Utair" də analoji uçuş proqramı həyata keçirir.
Bundan əvvəl xəbər verilib ki, aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Həmçinin "İrAero" aviaşirkəti Krasnoyarskdan Azərbaycana əlavə reys açır. / oxu.az

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu