Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO
Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO
"2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Deputat bildirib ki, bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar:
"Artımlara gəldikdə isə 2023-cü ildə olduğu kimi yenə də Çindən gələnlər öndədir. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə artıb.
Ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb. Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1,7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi 31,4 faiz.
Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır. Bütövlükdə, turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də ekonom reyslərin çoxalması da təsir göstərib.
Eyni zamanda, mövsümi olaraq Azərbaycanın turizm imkanlarına marağın artması müşahidə olunmaqdadır".

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək
Süni tənəffüs aparatına qoşuldu
Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
AnewZ': Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Qol və ayaqlardakı bu simptom xərçəngin əlamətidir?
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı