AZAL Londonun daha bir hava limanına uçuşlara başlayır
AZAL Londonun daha bir hava limanına uçuşlara başlayır
Bu il martın 31-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniyanın London şəhərində yerləşən Qatvik hava limanına uçuşlara başlayır.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, AZAL Qatvik hava limanına uçuşları həftədə üç dəfə (bazar, çərşənbə və cümə günləri) həyata keçirəcək.
Qeyd edək ki, bir sıra aviaşirkətlər hava limanı rüsumlarının az olması və London şəhərinin digər hava limanı Hitrouda doluluq səbəbindən Qatvik aeroportuna yönəlirlər.
Londonun Hitrou Beynəlxalq Hava Limanına reyslər üçsinifli - ekonom, komfort-klub və VIP-klub - salonlarla təchiz edilmiş müasir "Boeing-787 Dreamliner" təyyarəsi ilə həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Hitrou limanına uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə - həyata keçirilir.
Xatırladaq ki, ən son AZAL Doha və Pekin şəhərlərinə yeni reyslərlə şəbəkəsini genişləndirmişdi. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək