AZAL yenə etiraza səbəb oldu - Ucuz bilet 'satdı', heç kim ala bilmədi

AZAL yenə etiraza səbəb oldu - Ucuz bilet 'satdı', heç kim ala bilmədiBu gün AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.
azxeber.com xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında və rəsmi saytında məlumat paylaşılıb. 
Məlumatda martın 26-dan oktyabrın 29-dək olacaq uçuşların hava yollarının aşağı büdcəli olacağı bildirilib.
"Heç kimə demə aaaaa!" sloqanı ilə məlumatı paylaşılan elanda bildirilib ki, martın 26-dan oktyabrın 29-dək olacaq uçuşların hava yollarının aşağıbüdcəli "Buta Airways" aviaşirkəti tərəfindən minimal "Büdcə" tarifi ilə həyata keçiriləcək və 10 000 biletin onlayn satışı planlaşdırılacaq. 
Lakin bu gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd olunan saatdan bir neçə dəqiqə əvvəldən etibarən saytın onlayn satış bölməsi işləməyib. 
Bu barədə vətəndaşlar AZAL-ın "İnstagram" və "Facebook" səhifələrində deyilənlərin doğru olmadığını, AZAL-ın insanları aldatdığını yazıblar. 
İstifadəçilərin belə tənqidi yazı yazmasına səbəb biletlərin satışa çıxarılacağı vaxtdan bir saatdan çox keçsə də, saytdan bilet almağın mümkün olmaması olub.
AZAL rəsmi "İnstagram" hesabında izləyicilərin rəyinə cavab olaraq "Buta Airways"in saytında müşahidə olunan yüksək təlabat səbəbindən onun fəaliyyəti səngiyib. Alternativ olaraq, biletləri "AppStore" və ya "Play Market"-dən aviaşirkətin rəsmi mobil tətbiqini yükləyərək almaq olar" şərhini yazsa da, izləyicilər mobil tətbiqlə də biletləri ala bilməmələrindən şikayətləniblər.
Qeyd edək ki, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.
Ayşən
AZAL yenə etiraza səbəb oldu - Ucuz bilet 'satdı', heç kim ala bilmədi

Sosial       Tarix: 23 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler son xeberler azerbaycan xeberleri xabarlar en sonxeber sonxeber az ən son xeberler