Azarkeşlər Qarabağın kimə aid olduğunu xatırlatdılar - ÇAVUŞOĞLU
"Milli komandanın AVRO-2020 öncəsi mənim şəhərimdə oynaması bizi məmnun etdi. Bir millət, iki dövlətə yaraşan hazırlıq matçı oldu".
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Spor"a açıqlamasında Azərbaycan millisi ilə yoldaşlıq oyunu barədə danışarkən deyib.
O, hər iki komandanın yaxşı təsir bağışladığını söyləyib: "Bu gün az sayda azarkeş var idi. Xüsusilə alanyalı fanatlara təşəkkür edirik. Həm Türkiyə, həm də Azərbaycanın lehinə şüarlar səsləndirdilər. Siyasəti idmana qarışdırmırıq. Lakin tərəfdarlar Qarabağın kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar".
Çavuşoğlu Türkiyə millisinin AVRO-2020-dəki şanslarını da dəyərləndirib: "İnanıram ki, yığmamız Avropa çempionatında qrupdan çıxıb, çempionluğa doğru irəliləyəcək. Şenol Güneşin rəhbərliyi altında komandamıza güvənirik. Komandamız yaxşı formadadır. Bilirsiniz ki, bəzi görüşlərimiz Azərbaycanda oynayacağıq. Qardaş Azərbaycanın millimizə düşərli olacğına inanırıq"
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək