Azər Axşam: "Təcrübəm kiməsə lazımdırsa, qapım açıqdır

Azər Axşam: Azər Axşam: "Təcrübəm kiməsə lazımdırsa, qapım açıqdır"
"Axşamın oyunu" verilişinin aparıcısı, aktyor Azər Şabanov (Axşam) ATV telekanalı ilə yollarını ayırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı aparıcı Azər Axşamla danışıb.
Aparıcı yayılan məlumatı təsdiqləyib:
"Düzdür, ATV telekanalı ilə yollarımızı ayırdıq. Hələ ki, gözləyirik. Bundan sonra ünvan olaraq harada olacağım bəlli deyil. Nə olacağını zaman göstərəcək. Hələ təklif yoxdur. ATV-dən mövsüm başlayan zaman yolları ayırmaq qərarına gəldiklərini bildirdilər. Hər bir televiziyada iyun və iyul ayında mövsüm dayanır. Həmin vaxt məlumat versəydilər, daha yaxşı olardı. Lakin indi bütün televiziyalarda nə olacağı bəllidir. Anidən oldu, çox təəccübləndim".
Azər Axşam qeyd edib ki, təcrübəm kiməsə lazımdırsa, qapım açıqdır:
"Mənə öncədən xəbərdarlıq olunmamışdı. Müqavilə noyabr ayında yenilənməlidir. Bir həftə öncə kadrlar şöbəsindən çox hörmət etdiyim şəxs zəng vurub dedi. Çox təəccübləndim.
50 yaşım var. 25 ildir ki, televiziyadayam. Bu günə qədər heç bir problem yaşamamışam. Kanala artıq lazım deyiləmsə, bu da başadüşüləndir. Mən kimisə məcbur edə bilmərəm. Baxımlı televiziya yoxdur. Baxımlı veriliş var. Əvvəlcədən bilsəydim, dostlara müraciət edərdim".
"Heç kəslə düşmənçiliyim yoxdur. Sabah nə olacaq bilinmir. Canımız sağ olsun. Mən heç kimdən acıqlı, hirsli, incik deyiləm. Allah istəməsə, ağacdan bir yarpaq belə düşməz. Bəlkə də xeyirlisi budur. Bu günümüzə şükürlər olsun. Ona görə kimsədən küsməmişəm. Sadəcə təəccübləndim. Mövsümün sonunda deyilsəydi, yaxşı olardı. Çünki təkliflər ola bilərdi. Mənim incikliyim yoxdur. Sənətçi küskünlüyüm var", - deyə Azər Axşam əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 02 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Paltaryuyan təmiri geciksə hansı problemlər yaranır?

Paltaryuyan maşınının hissələri bir-biri ilə əlaqəli işləyir. Bir detal nasaz olduqda digər hissələr də normal işləyə bilmir. Kiçik problem vaxtında aradan qaldırıldıqda mühərrik, nasos, baraban və digər hissələr artıq yükl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber son xəbərlər cəbhədən görüntüleri xeber.az son xeberler