Azər Əliyevə federasiyada VƏZİFƏ VERİLDİ
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti seçilib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyəti iclas keçirib.
İclasa əsasən, Azər Əliyev I vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.
Hafiz Verdiyevin baş katib, Azər Mustafayevin baş məşqçi olması təsdiqlənib. Hakimlər Kollegiyasının sədri isə Seymur Əsgərov təyin olunub.
Qeyd edək ki, üç gün əvvəl federasiyanın vitse-prezidenti Rüfət Ağayev və baş katib Hafiz Verdiyev istefa verdiklərini açıqlamışdılar. Lakin bunlardan Verdiyev yenidən əvvəlki vəzifəsinə qayıdıb.
Onu da bildirək ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident işləyib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
ÇL: "Sabah" "KuPS"a qarşı
Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi
Trampdan İrandan olan hücumla bağlı sərt açıqlama
Nigar Fərhad haradadır?