Azər Türk Bank BMT-nin Qlobal Sazişinə qoşuldu
Dövlət bankı Azər Türk Bank cari ilin 4 noyabr tarixindən etibarən davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub.
azxeber.com xəbər verir ki, bu təşəbbüsə imza atmaqla Bank ekoloji, sosial məsuliyyət, korporativ idarəetmə sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş standartlara sadiq qaldığını bir daha təsdiqləyir.
BMT Qlobal Sazişi hazırda 160-dan çox ölkədən 20 000-dən artıq təşkilatın iştirak etdiyi böyük beynəlxalq təşəbbüsdür. Bu sazişin əsas qayəsi üzv təşkilatların strategiya və fəaliyyətlərini insan hüquqları, əmək standartları, şəffaflıq, ətraf mühitin qorunması və "Dayanıqlı İnkişaf üçün "2030 Gündəliyi" ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə uyğunlaşdırmaqdır.
Bu addım Azər Türk Bankın BMT Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişafın 17 əsas məqsədinə və BMT-nin Qlobal Sazişinin 10 əsas prinsipinə dəstəyinin göstəricisidir.
Qeyd edək ki, Bank öz fəaliyyətində bu prinsipləri rəhbər tutaraq davamlı olaraq sosial və ətraf mühitə müsbət təsiri olan əhəmiyyətli işlər görür, tədbirlər həyata keçirir.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var