Azərbaycan-Almaniya əlaqələri: CƏNUBİ QAFQAZDA YENİ REALLIQLAR

Azərbaycan-Almaniya əlaqələri: CƏNUBİ QAFQAZDA YENİ REALLIQLARSon illər Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər Azərbaycan-Almaniya münasibətlərinə də yeni dinamika qazandırmışdır. Xüsusilə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, regional güc balansının dəyişməsi və iqtisadi əməkdaşlıq üçün açılan yeni imkanlar, Azərbaycanla Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Almaniya arasında əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində verilən siyasi mesajlar da göstərdi ki, Azərbaycan-Almaniya münasibətləri müsbət məcrada yeni bir mərhələyə qədəm qoyacaq.
Bu gün Azərbaycan-Almaniya siyasi əlaqələri və diplomatik münasibətlərin tarixi müstəqilliyimizlə eyni yaşdadı. Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər 1992-ci ildən etibarən mövcuddur. Almaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən ölkələrdəndir. 44 günlük 2-ci Qarabağ Vətən müharibəsində Azərbaycanın təkcə separatizim deyil,eyni zamanda işğalçı ölkə Ermənistan üzərindəki qələbəsinin də ölkəmizin Avroməkanda olan müsbət nüfuzunun daha da möhkəmləndiyini nəzərə aldıqda,münaqişə sonrası dövrdə Almaniya da Cənubi Qafqazda sabitliyin və sülhün təmin olunmasında maraqlı olduğunu bəyan etməklə yanaşı, həm də Azərbaycanın regionda artan roluna açıq formada diqqət yetirdiyini vurğulamışdı.
Qeyd edim ki,Avropa Birliyi içərisində bir çox ölkələr kimi Almaniya da rəsmi şəkildə post-münaqişə dövründə Azərbaycanın reabilitasiya və yenidənqurma fəaliyyətlərini izləyir və potensial əməkdaşlıq sahələrini araşdırır. Almaniya prezidenti, federal hökumətin kansleri,müxtəlif nazirlər davamlı olaraq həm Almaniyanın, eyni zamanda da Avropa Birliyinin iqtisadi və enerji təminatında Azərbaycanın rolunu vurğulamaqdadırlar. Bu gün Azərbaycan-Almaniya iqtisadi əlaqələri və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üçün yeni imkanlar üzərində belə müzakirələr aparılır.
Azərbaycan-Almaniya iqtisadi münasibətləri, xüsusilə enerji və nəqliyyat sahəsində strateji əhəmiyyət kəsb edir. Almaniya Azərbaycanın qeyri-neft sektorunun inkişafında maraqlıdır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropaya qaz ixracı, Almaniya kimi sənaye ölkələri üçün alternativ enerji mənbələrinə çıxış imkanı yaradır.
Qeyd etmək lazımdır ki, post-münaqişə dövründə Qarabağ və ətraf bölgələrin yenidən qurulması və reinteqrasiyası kontekstində də Almaniya şirkətləri üçün yeni investisiya imkanları yaranır ki, bu da Almaniya hökumətini və özəl sektorun regionda iştirakını təşviq edir.
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı son illərdə yüksələn xətlə inkişaf edir və hər iki ölkənin maraqlarına xidmət edən çoxşaxəli bir əlaqə formatını əhatə edir. Almaniya, Avropa İttifaqı çərçivəsində Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Statistik məlumatlara görə, Almaniya Azərbaycanın Avropadakı ən iri ixrac tərəfdaşlarından biri olmaqla yanaşı, eyni zamanda texnologiya, sənaye avadanlıqları və maşınqayırma məhsulları ixracı baxımından da önəmli bir mövqeyə malikdir. Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı siyasətinə töhfə verir.
Bununla bərabər, Azərbaycan hökuməti "Made in Azerbaijan" brendi altında məhsullarını xarici bazarlara çıxarmaq və Almaniya kimi yüksək texnologiyalı bazarlarda mövqe qazanmaq istiqamətində addımlar atır. Aqrar sahədə əməkdaşlıq, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Almaniyaya ixracı, həmçinin texnoloji təcrübə mübadiləsi bu əməkdaşlığın yeni istiqamətləri kimi nəzərdən keçirilir.
Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rola malik ölkələrdən biridir.
Xəzər dənizinin enerji resurslarına çıxışı olan ölkəmizin, Cənub Qaz Dəhlizi (CQD) layihəsi vasitəsilə Avropaya, o cümlədən Almaniyaya, alternativ və sabit enerji təchizatı imkanları təqdim edir. Cənub Qaz Dəhlizi çərçivəsində TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və bu layihə Avropa İttifaqının enerji marşrutlarının diversifikasiyası siyasəti üçün strateji əhəmiyyət daşıyır.
Onu da vurğulayaq ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada enerji təhlükəsizliyinə dair narahatlıqlar daha da artmış və Azərbaycan qazı bu boşluğu qismən dolduran əsas alternativ mənbələrdən biri kimi ön plana çıxmışdır. Almaniyanın enerji şirkətləri və hökumət dairələri də bu kontekstdə Azərbaycanla daha sıx enerji əməkdaşlığına maraq göstərir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar – xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivləri, Ermənistanla normallaşma prosesləri və regional nəqliyyat xəritələrinin dəyişməsi – Almaniyanın regiona baxışında yenilənmələrə səbəb oldu. Almaniya bu reallıqları nəzərə alaraq, həm Avropa İttifaqı çərçivəsində, həm də ikitərəfli formatda Azərbaycanın strateji əhəmiyyətini artırmaqda maraqlıdır. . Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində verilən siyasi mesajlardan da görmək olar ki, Almaniya Cənubi Qafqazda dəyişən reallıqlar fonunda geosiyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycanla əməkdaşlıq imkanlarının genişlənməsi, iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirməkdə maraqlıdır. Yeni dövrdə Azərbaycan və Almaniya arasındakı münasibətlər, təkcə ikitərəfli maraqları deyil, həm də Avrasiyada sabitlik və inkişafın təmin olunmasına xidmət edəcək desək vyanılmarıq.
Nahid Canbaxışlı
Vətəninfo.az Baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 04 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər xəbərlər apa.az xeberler