Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır
Ölkənin ilk rəqəmsal bankıBirbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb.
azxeber.com xəbər verir ki, belə kiBakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar BakıMetropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən(NFC) bank kartları ilə ödəyə bilərlər. Bu yenilik təkcə Kapital Bank müştərilərinideyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassızödəniş imkanı yaradır. Həmçinin, yeni sistem "Apple Pay", "Google Pay" ödənişsistemləri ilə yanaşı, "Birbank", "BakıKart" və "m10" ödənişlərini dəstəkləməyədavam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.
Qeyd edək ki, rəqəmsal ödənişlərivə ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödənişsisteminin il sonunadək marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.
Xatırladaq ki, Birbank vəBakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlarüçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqindəyaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro vəavtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadanasanlıqla ödəyə bilirlər.
Daim ən son rəqəmsalyeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olanBirbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinəxidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyəinstitutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlifsosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır