Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər: 'Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb

Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər: 'Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıbSon günlər Azərbaycanda bir türk iş adamının adı çox hallanmaqdadır. Sosial mediada radikal çıxışları ilə gündəmə gələn Tolqa Şahinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədr müavini olması iddiası bu şəxsin açıqlamalarına diqqəti xüsusilə artırır.
Bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ilə əlaqə saxladıqda, ATİB sədri Mürsəl Rüstəmov belə bir müavin və ya İdarə Heyəti üzvünün olmadığı bildirdi: "ATİB İdarə Heyətində belə bir şəxs təmsil olunmayıb və olunmur".
Digər türk iş adamları birliklərinin də rəsmi internet saytlarında bu şəxsin hansısa rəhbər vəzifədə olmadığı görünür. Bəs kimdir Tolqa Şahin?
Hazırda Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bu şəxslin Azərbaycanda olduğu iki il ərzində beş şirkət qurub və hər birinin də ayrı-ayrılıqda sektorda problemli şirkətlər olduqlarına diqqət çəkdilər:
* "Arenol Group" MMC
* "Prefabrik" MMC
* "A Frame" MMC
* "Lenora" MMC
* "Tikinti Materiall" MMC
Maraqlısı budur ki, iki ildə beş şirkət quran Tolqa Şahinlə bağlı rəy olduqca mənfidir. Belə ki,  Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə yüzlərlə insana zərər verdiyi və bu əməllərinin məhkəmələr tərəfindən sübut olunduğu bildirilir. Türk iş adamlarının sözlərinə görə, gördüyü bütün işlərini yarımçıq qoyub, aldığı ödənişləri mənimsəyib, işçilərinin əmək haqlarını ödəməyərək, yüzlərlə insanı aldadıb.
Tolqa Şahinin Bakı Abadlıq Xidmətinə qarşı iddialarına gəlincə, türk iş adamları bu barədə də Tolqa Şahinin manipulyasiya etdiyi qənaətindədirlər. Belə ki, əlindən alındığını iddia etdiyi Zabratda yerləşən emalatxana binası 180 000 AZN borcu qarşılığında Tolqa Şahin tərəfindən müqavilə ilə "Qardaşlar Prefabrik" şirkətinə təhvil verilib. Lakin Sabunçu Rayon məhkəməsi bu satışı etibarsız sayaraq məhkəmə qərarı və icra yolu ilə binanı 614 000 AZN borcu qarşılığında "Gənclik 94" adlı şirkətə verib. Yəni, bütün prosses hüquqi müstəvidə olub və buna səbəb də yenə Tolqa Şahinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi olub.
Türkiyənin sabiq səfiri Cahid Bağcının onun fabrikinin açılışına qatılmasından manipulyasiya cəhdi də, on minlərlə işçisinin olması, evindən üç ağır silah tapılmasına rəğmən sərbəst buraxılması da, ölkədən qayıqla qaçması da bu şəxsin etdiklərini ört-basdır etməsi kimi qiymətləndirilir. Eyni zamanda onun müxtəlif şəxslərə qarşı şəhid ailələrindən və qazilərdən istifadə etmə cəhdi də etdiyi gələn məlumatlar arasındadır.
Maraqlı məqamlardan biri də budur ki, Tolqa Şahinə qarşı açılmış onlarla məhkəmə işi olmasına baxmayaraq, onun özünün zərərçəkənliyinə dair rəsmi heç bir şikayət və ya iddia yoxdur. Bu səbəbdən də türk iş adamları bu şəxsin məqsədinin məhz o ittihamlardan yayınmaq olduğunu bildirirlər. Eyni zamanda bu kimi hərəkətləri Türkiyə və Azərbaycan iş dünyasının etibarını hədəf alan təşəbbüs kimi qiymətləndirirlər.
/Busaat.az / azxeber.com

İqtisadiyyat       Tarix: 09 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az