Azərbaycan – Avropanın etibarlı enerji tərəfdaşı

Azərbaycan – Avropanın etibarlı enerji tərəfdaşıAzərbaycanla Bolqarıstan arasında hazırda sıx əlaqələr mövcuddur və bu əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir. Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarın¬da tanıyıb. Hər iki ölkə arasında Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. İki dövlət arasında əməkdaşlıq münasibətləri Ulu öndər Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstana rəsmi səfərindən sonra daha da genişlənib. Azərbaycan və Bolqarıstan arasında  bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. 
Möhtərəm Prezident cənab İlham Əliyev hər zaman Azərbaycan–Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi önəm verib. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığa mühüm töhvə verərək , Azərbaycan-Bolqarıstan əlaqələrini  daha yüksək səviyyəyə qaldırmışdır.
Ölkə Prezidenti cənab  İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri ölkələr  arasında münasibətlərin çox sürətlə inkişaf etdiyini, əlaqələrin dinamik və intensiv xarakter daşıdığını  bir daha sübut edir. Eyni zamanda bu səfərin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi də xususi əhəmiyyət kəsb edir. Bu səfər, cənab Prezident İlham Əliyevin Bolqarıstana sayca dördüncü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə iki dəfə rəsmi (2005-ci və 2015-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu ildə) səfər edib.
Azərbaycanın Bolqarıstan üçün etibarlı tərəfdaş olması mövqelərimizin hər zaman üst-üstə düşməsinə gətirib çıxardır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.
Dövlətimizin başçısı oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərək Azərbaycan qazının iki ildir ki, Avropa bazarlarına çıxdığını və indi isə Bolqarıstana daxil olduğunu vurğulayaraq bu layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağını qeyd etdi. 
Eyni zamanda Prezident İlham Əliyev Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizinin qitə üzrə ən böyük infrastruktur layihələrindən biri olmasını, Azərbaycanın  Cənub Qaz Dəhlizini başlayan tərəf olmasını qeyd edərək, bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağı olmasını, lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilatın  bu yaxınlarda başlayacağını  və təchizat həcmlərinin artırılmasına töhfə verəcəyini xüsusi vurğulamışdır. 
Uzun illər Azərbaycan Avropa bazarında etibarlı neft təchizatçısı olması ilə yanaşı eyni zamanda, hazırda Avropanın etibarlı qaz təchizatçısına çevrilir. Ölkəmiz tezliklə Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir.  Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına növbəri səfəri Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün yeni əməkdaşlıq imkanlarının yaratmasına gətirib çıxaracaqdır. 
Naftalan şəhər sakini Rövlan Heydərov / azxeber.com

Siyasi       Tarix: 04 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video sonxabar az xeber maşın realiti şou