Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladıAbşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib.
azxeber.com "Teleqraf"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətlə telefonda mübahisə edib və onu görüşə çağırıb.
Onlar gecə kafedə görüşüblər, mübahisəni davam etdiriblər. Nurlan üzərində gəzdirdiyi bıçaqla Hikmətin qarın nahiyəsinə zərbə endirib.
İstintaq orqanı tərəfindən Nurlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Nurlan istintaqa ifadəsində bildirib ki, Hikmətlə dostluq münasibəti olub: "Günel adlı qızla əvvəllər münasibət saxlamışdım. Hikmət ona təkliflər edirdi. Mən də ona zəng edib Güneldən çəkindirmək istədim. Həmin vaxt aramızda mübahisə yarandı. Daha sonra onu çağırıb görüşdüm. Hikmətin yanında mopedlə başqa biri də gəlmişdi. Hikmətlə mübahisə vaxtı mənim üstümə qışqırdı. Onu qorxutmaq üçün bıçağı çıxardım. Həmin bıçaq Hikmətə məxsus idi.
Mən maşın təmiri ilə məşğul oluram, bıçaqda olan boşluğu sıxmaq üçün onu sexə aparmışdım. Hikmət əlimdəki bıçağı görüb məni "Oba" marketin arxasına çəkdi. Orada öz bıçağını istədi, mən isə vermədim, bu zaman məni itələdi. Çəkişmə vaxtı bıçaq ona dəydi. Sonra təcili tibbi yardıma, Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng etdim. Eyni zamanda ətrafdakılardan kömək istədim. Hikmət mənim dostumdur, onu qoyub gedə bilməzdim. Ona görə də, hadisə yerində qaldım və polis əməkdaşları gəlib məni apardılar".
Hikmət ifadəsində bildirib ki, Nurlan bir neçə dəfə zəng edib və harada olduğunu soruşub:
"Nurlanla Günelin arasında mübahisə yaranmışdı. Nurlan məndən Günelə yazmağımı istəmişdi. Mən də razılaşmışdım. Qıza zəng etdim, "alo" deyib telefonu söndürdü, nömrəmi bloka atdı. Axşam gəlib Nurlana qızın mənim nömrəmi bloka atdığını dedim.
Səhəri gün işə gəldim. Axşamüstü Nurlan zəng etdi, qıza niyə mesaj yazdığımı soruşdu. İşdən çıxanda məhəllədən olan tanışımdan məni mopedi ilə market tərəfə aparmasını xahiş etdim. Tanışım məni orada düşürəndə Nurlanı gördü. Məndən "salamatçılıqdır?" deyə soruşdu. Nurlan həmin vaxt içkili idi, elə bildi ki, onun üstünə adam gətirmişəm. Nurlana həmin şəxsin mopedlə məni bura gətirdiyini və çıxıb gedəcəyini dedim.
Nurlan yenidən qıza niyə yazdığımı soruşdu, mən də sakitcə yazmadığımı dedim və mesajı göstərməsini istədim. Bu zaman onunla mübahisə etdik. Onda bıçağımı gördüm.
Nurlan mənə bıçağı sexdə sıxıb qaytaracağını demişdi, amma nə vaxt gətirəcəyini deməmişdi. O, içkili idi, mən isə heç vaxt içki içməmişəm. Nurlandan üzərindəkinin mənim bıçağım olub-olmadığını soruşdum. Təsdiq edəndə bıçağımı istədim, amma o verməkdən imtina etdi.
O, bıçağın sapından, mən tiyəsindən tutdum, dartışdıq. Nurlan birdən bıçağı buraxdı və tiyə mənim qarnıma girdi. Nurlan məni qoyub getmədi, əksinə, məni dizinin üstünə uzatdı, ağladı. Marketdən su alıb gətirdi, atasına və atama zəng etdi".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Nurlan 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Sosial       Tarix: 24 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?

Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır. İqtisadçı Emi

Formula-1'lə bağlı mühüm dəyişikliklər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir

BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA

Bakı Dövlət Universitetinin qarşısında sıxlıq müşahidə olunub. Universitet ətrafında yaranan sıxlıqla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə tələbələrin universitetə giriş-çıxışı zamanı ərazidə sıx hərəkətlili

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0348 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlin

Bank kartlarına məhdudiyyətlə bağlı rəsmi açıqlama

Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən riskəsaslı yanaşma ilə bağlı açıqlama yayıb. ABA-ya istinadla xəbər verir ki, mövcud yanaşmay

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olara

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzr

Bu işlərdə çalışanların ödündə daş yaranır

Oturaq həyat tərzi öd daşına səbəb ola bilər. -a istinadən xəbər verir ki, həkim Olqa Çirkova öd kisəsi daşı xəstəliyinin səbəbləri haqqında danışıb. Həkim Çirkova xatırladıb ki, öd kisəsi qaraciyər tərəfindən istehsal oluna


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 son xabar meherremlik 2026 azerbaycanda son xeberler