"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
23 sentyabr tarixində "27 sentyabr – Anım Günü"nə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə keçirilən qanvermə aksiyasının ilk ünvanı Lənkəran-Astara bölgəsi olub.
azxeber.com xəbər verir ki, aksiya çərçivəsində Lənkəran-Astara bölgəsində fəaliyyət göstərən Marsol Region partnyorları, şirkət əməkdaşları və yerli sakinlər, eləcə də Lənkəranda işgüzar səfərdə olan Marsol Group partnyorları qanvermə aksiyasına qoşularaq xeyirxah təşəbbüsə öz dəstəklərini göstəriblər.
Könüllü qanvermə zamanı donorların sağlamlıq vəziyyəti mütəxəssislər tərəfindən yoxlanılıb və müvafiq tibbi müayinədən sonra qan götürülüb.
KOBİA və İCMA-nın birgə təşkilatçılığı, Marsol Group, Məlhəm Beynəlxalq Hospital, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən aksiya 24 sentyabr tarixində Quba-Xaçmaz və Şəki-Zaqatala, 25 sentyabr tarixində isə Bakı şəhərində davam edəcək.













Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda