Azərbaycan Avropaya ixrac etdiyi qazın həcmini artıra bilər - AÇIQLAMA

Azərbaycan Avropaya ixrac etdiyi qazın həcmini artıra bilər - AÇIQLAMARusiya Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə ciddi zərbə vurdu. Rusiyaya tətbiq olunan sanksiyalar fonunda şimal qonşumuz Avropa dövlətlərinə qaz nəqlini dayandırır. Belə bir məqamda Azərbaycan qazının Avropaya ixracı yenidən gündəmə gəlir.
Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki,  yeni çağırışları və tələbləri nəzərə alaraq digər potensial qaz istehlakçıları ilə müzakirələr aparılır.  Dövlət başçısı bildirib ki, TANAP-ın genişləndirilməsi ilə bağlı düşünə bilərik.
Maraqlıdır, TANAP layihəsi genişləndirilə bilərmi? Bunun ölkəmiz üçün hansı əhəmiyyəti olacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, TANAP layihəsi genişləndirilə bilər:
"Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edir. Cənub Qaz Dəhlizinin əsas elementləri  TANAP və TAP layihələridir. TANAP layihəsinin indiki ötürmə gücü 16 milyard kubmetrdir. Bu göstərici 31 milyard kubmetrə qədər genişləndirilə bilər. TANAP-ın uzantısı olan TAP layihəsinin ötürmə gücü 10 milyard kubmetrdir. Həmçinin, bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər".
Azərbaycan Avropaya ixrac etdiyi qazın həcmini artıra bilər - AÇIQLAMAİqtisadçının fikrincə, interkonnekterlər çəkildikdən sonra bu mümkün ola bilər:
"Ölkə Prezidenti TANAP-ı maksimal gücə qədər artıra biləcəyimizi deyir. Çünki tikinti zamanı bunun əsası qoyulub. Yəqin ki, interkonnekterlər çəkildikdən sonra bu mümkün ola bilər. TANAP-ın genişləndirilməsi ölkənin mənafeyinə uyğundur. Texniki cəhətdən Azərbaycan il ərzində Avropaya ixrac etdiyi qazın həcmini Cənub Qaz Dəhlizi çərçivəsində 31 milyard kub metrə qədər artıra bilər. Borunun tam gücü ilə işləməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 01 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou beynelxalq bank mezenne kriminal xeber