Azərbaycan aykidoçuları Dünya Oyunlarında ilk uğuru ƏLDƏ ETDİLƏR
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının Birmingem şəhərində 100 ölkədən 3600 çox atletin qatıldığı The Wolrd Games 2022 («Dünya Oyunları») beynəlxalq idman tədbiri keçirilir. Bu tədbirdə Azərbaycandan olan aykidoçular da iştirak ediblər.
KONKRET.az xəbər verir ki, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin (AAAKİB) üzvləri olan Fəxri Qafarlı (3-cü dan qara kəmər sahibi) və Çingiz Məmmədov (3-cü dan qara kəmər sahibi) da Dünya Oyunlarında iştirak ediblər.
Qeyd etmək gərəkdir ki, bu günə qədər Azərbaycan aykidoçuları rəsmi olaraq belə genişmiqyaslı beynəlxalq idman tədbirində iştirak etməyiblər. Odur ki, bu, Azərbaycan ayjidoçularının rəsmi olaraq qatıldığı ilk beynəlxalq tədbirdir.
Dünya Oyunlarında iştirak edən aykidoçularımız bu tədbirə AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar.
Onların ilk səfəri onların beynəlxalq arenadakı ilk uğuru ilə yadda qalıb. Fəxri Qafarlı və Çingiz Məmmədov 32 nəfərdən ibarət olan Aykido üzrə Dünya yığmasına daxil olmağı bacarıblar.
Aykidoçularımız Dünya yığmasının tərkibində Birmingemdəki Sports Garden və Birmingham-Southern College kolizeyində keçirilimş iki Embukada («nümayiş tədbiri») çıxış ediblər.
İdmançılar Dünya Oyunlarına qatılmış digər azərbaycanlı atletləri də dəstəklməyi unutmayıblar. Onlar bütün rəqiblərini məğlub edərək 91 kiloqram çəkidə Dünya Oyunlarının qızıl medalı qazanmış kikbokçsumuz Bəhram Rəcəbzadəni tək qoymayıblar, yarımfinal və finalda döyüşçümüzü dəstəkləyiblər.
+994 50 220 90 35 (Ruslan Musayev) əlaqə saxlayıb əlavə məlumat da almaq olar.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu