Azərbaycan bayrağına görə İranda saxlanılan Vüsal Quliyevin yoldaşı: "24 gündür ki, yoxdur
"Yoldaşımla axırıncı dəfə mart ayının 21-də danışmışam".
Bunu Oxu.Az-a Azərbaycan bayrağına görə İranda saxlanılan Vüsal Quliyevin həyat yoldaşı Sunay Quliyeva bildirib.
S.Quliyeva qeyd edib ki, yoldaşı dostu Rövşən Seyidlə Təbriz şəhərinə həkimə gedib:
"Mart ayının 21-də Vüsal dedi ki, dostu İrana həkimə gedir, o da onunla gedib qayıdacaq. Elə həmin gün axşam zəng elədi ki, bəs bizi Azərbaycan bayrağına görə saxlayıblar – Vüsalı, Rövşən Seyidi, bir də bunları aparan taksi sürücüsünü. Amma bildirdi ki, narahat olmayın, ciddi bir şey yoxdur".
Qadın deyir ki, bundan sonra yoldaşından xəbər tuta bilməyib:
"İranda tanışlarımız vardı, onlar öyrəniblər ki, hər üçünü tutublar. Sonra bizə taksi sürücüsü zəng vurdu ki, məni buraxıblar. Sürücü İran vətəndaşı olub. Vüsalgili isə İran Təhlükəsiz Xidmətinin zirzəmisində saxlayırlar. Bu gün getdiklərinin 24-cü günüdür".
Qeyd edək ki, mart ayının 21-də Təbriz şəhərinə həkim müayinəsinə gedən Naxçıvan MR-in sakinləri Quliyev Vüsal və Rövşən Seyid İran İslam Respublikası ərazisində saxlanılıblar. Onların maşınlarında Azərbaycan bayrağı olduğu üçün saxlanıldıqları bildirilir.
V.Quliyev Türkiyədən müxtəlif mallar gətirərək xırda ticarətlə məşğul olurmuş. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur