Azərbaycan beynəlxalq konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair protokolunu imzalayacaq

Azərbaycan beynəlxalq konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair protokolunu imzalayacaqFevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin bu təşəbbüsünü şərh edib:
"Bildiyiniz kimi, 2023-cü ildə ölkəmizdə ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümü qeyd edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılmış humanist siyasət nəticəsində 1993-cü ildən ölüm cəzasının icrasına moratorium tətbiq olunmuş, əfv və amnistiya institutları bərpa edilmiş, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm addımlar atılmışdır. Ölüm cəzasının ləğv edilməsi təşəbbüsü həmin siyasətin ən bariz nümunələrindən biri olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlandığı tarixi müraciətində insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii və ayrılmaz hüququ olduğunu vurğulamış, ölüm cəzasının tətbiqini insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan qeyri-insani və amansız tədbir kimi qiymətləndirmiş, bu cəza növünün ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım və hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini bəyan etmişdir.
Humanizm, ədalət, azadlıq kimi yüksək ideallara əsaslanaraq irəli sürülmüş bu təşəbbüs sayəsində Azərbaycan Respublikası Şərq aləmində ölüm cəzasını ləğv edən ilk ölkə olub.
Ulu öndər ölüm cəzasının ləğvinə dair milli hüququn mühüm aktlarının qəbulu ilə yanaşı, bu sahədə əsas beynəlxalq sənədlər olan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültativ Protokoluna, habelə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 nömrəli Protokoluna ölkəmizin qoşulmasının da təşəbbüskarı olub.
XX əsrin 80-ci illərində qəbul edilmiş bu beynəlxalq sənədlərdə ölüm cəzasının ləğvi nəzərdə tutulsa da, müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə bu növ cəzanın tətbiqi imkanı saxlanılıb. Lakin insan hüquqları sahəsində beynəlxalq hüququn təkamülü ölüm cəzasının bütün hallarda ləğv edilməsi istiqamətində davam edib, nəticədə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 13 nömrəli Protokolu qəbul edilib.
Vurğulamaq lazımdır ki, ümummilli liderin müəyyən etdiyi humanist siyasətə sadiq qalaraq, ölkəmiz heç vaxt ölüm cəzasının tətbiqi imkanından istifadə etmək niyyətində olmayıb, milli qanunvericiliyimizdə heç bir cinayətlə bağlı ölüm cəzası nəzərdə tutulmayıb. Əksinə, cinayət-hüquq siyasətinin daha da liberallaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər daim görülməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 57 mindən çox şəxsə şamil edilib, imzaladığı əfv sərəncamları 5 900-ə yaxın şəxsi əhatə edib. Eyni zamanda, cinayət qanunvericiliyində edilmiş konseptual dəyişikliklər nəticəsində bir çox əməl dekriminallaşdırılıb, şəxsin cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib.
Ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq, 2023-cü il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib. Bu addımla dövlətimizin başçısı yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirib". / azxeber.com

Siyasi       Tarix: 04 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 sonxeber.az cəbhədən xəbər xeberler bugun