Azərbaycan bizim üçün hətta canını verər' - Məşhur müğənnidən Portakala cavab

Azərbaycan bizim üçün hətta canını verər' - Məşhur müğənnidən Portakala cavabXəbər verdiyimiz kimi, türkiyəli müxalif jurnalist Fatih Portakalın Azərbaycana qarşı səsləndirdiyi fikirlər həm Azərbaycanda, həm də Türkiyədə birmənalı qarşılanmayıb.
Aparıcı Fatih Portakal Azərbaycan üçün "Riskli, çətin günlər yaşayırıq. Türkiyə mürəkkəb bir coğrafiyanın içərisindədir və burda ən önəmli şey… Baxın, dostumuz yoxdur: nə rusdan dostumuz olar, nə amerikalıdan, nə Suriya, İrandan, osundan-busundan, Azərbaycandan-filan… Azərbaycandan, heç kimsədən. Olsa olsa, Şimali Kiprdən olar…" fikirləri səsləndirib.
azxeber.com xəbər verir ki, jurnalistin bu fikirlərinin qarşılığında tanınmış müğənni Cenk Tevetoğlu ona sərt cavab verib.
"Bu yaxınlarda bir videoya baxdım, yenə Fatih Portakalın ağzından zəhər damcılayır. "Türkiyənin heç bir dostu yoxdur" deyir. Amerika deyir, Rusiya deyir, sonra Azərbaycan deyir. Onun ağzından nə Fransa, nə İtaliya çıxır, nə Yunanıstan, nə də Avropa.
Portakal, sən daha portağal ikən, Müstəqillik müharibəmizdə Azərbaycan əsgəri cənubda İtaliya, Fransa və İngiltərə ilə vuruşub. Qərb bölgəmizdə İtaliya və Yunanıstanla vuruşub. Bu cəbhədə 16-25 yaş arası 3000 Azərbaycan əsgəri şəhid olub, adları da heç bir yerə yazılmadan Çanaqqalada yatır.
Al, bu sənə əzəldən bilgi, indi isə daha yaxında baş verən bir hadisəni xatırladım. Son zəlzələdə ən çox qüvvə ilə bölgəyə ilk gələn məhz Azərbaycandır.
Kamal bəy, siz İpək yolunu dəyişəcəyinizi dediniz, Azərbaycanı sildiniz. Haradan? İran bizə yaxındırmı? O, mehribandır? Sizə deyim, Kamal bəy. İran bizi çox sevmir. Amma Azərbaycan bizim üçün hətta canını verir. Siz onları İpək Yolundan çıxararkən burada yaşayan azərbaycanlı seçicilər də sizi seçki bülletenindən çıxardılar. Heç olmasa ağıllı düşünün.
Heç unutmadan deyim, tək dostumuz Kiprdir dedin, amma mən beş il Kiprdə çıxış etdim. Orada bizi sevən çox görmədim. Bunu da düşünün. Sadəcə Girneyə gedin və küçədəki insanlardan soruşun. Kiprin bizi çox sevmədiyi məlumdur.
Beləliklə, sizin üçün bir Azərbaycan sözü demək istəyirəm. "Gicləməyin!" HER ŞEY YAHŞİ OLACAK.
Ayşən

Şou Biznes       Tarix: 21 may 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar son xabar enson xeberler dunya xeberleri