Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medalla birinci oldu

Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medalla birinci olduGürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından KONKRET.az-a verilən məlumata görə, yarışa 14 idmançı ilə qatılan milli komanda 10 medal qazanıb.
Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmanın 7 üzvü finalda qüvvəsini sınayıb. Boksçulardan 5-i həlledici görüşü qələbə ilə başa vurub.
48 kq çəki dərəcəsində mübarizə aparan Kənan Babayev finalda ermənistanlı Ovane Arutunyanla üz-üzə gəlib. Avropa çempionu rəqibinə heç bir şans verməyərək qızıl medala yiyələnib.
51 kq çəkidə Azərbaycan finalı da baş tutub. Avropa birinciliyinin bürünc medalçısı Amin Məmmədzadə Tural Sarıyevlə qarşılaşıb. Döyüş Məmmədzadənin qələbəsi ilə başa çatıb. Sarıyev turniri gümüş medalla bitirib.
Kənan Babayevin qardaşı Kamil Babayev (54 kq) də yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçu finalda qazaxıstanlı Aslan Aslanovu məğlub edib.
60 kq-da yer alan Tacı Tağızadə də çempionluq üçün Qazaxıstan təmsilçisi ilə gücünü yoxlayıb. Tolebek Saxiyev üzərində inamlı qələbə qazanan idmançı millinin aktivinə daha bir qızıl medal əlavə edib.
Yığmanın ən ağır çəkili üzvü – 92 kq-dan artıq çəkidə mübarizə aparan Səbuhi Əlizadənin həlledici görüşdəki rəqibi isə gürcüstanlı Sandro Çerçvadze olub. Azərbaycan təmsilçisi yerli publika önündə döyüşü öz xeyrinə bitirərək Qoridə 5-ci dəfə Azərbaycan himnini səsləndirib.
75 kq-da Rza Rzazadə isə finalda ukraynalı Aleksandr Balabinə uduzaraq, 2-ci yeri tutub.
Millinin heyətində Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) yarışı 3-cü yerdə bitiriblər.
Beləliklə, Azərbaycan millisi turniri 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu nəticə ilə Azərbaycan komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, yarışda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu mübarizə aparıb.

İdman       Tarix: 20 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes bugünkü son xəbərlər son xeberler azerbaycan